Modern.az

Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri müəyyənləşdi

Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri müəyyənləşdi

Aktual

15 Noyabr 2017, 13:26

 

Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri məlum olub.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə 15-2. (Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri ) yeni bənd əlavə edilir.

 

Məcəllənin 15.2.1 Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

 

Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir.

 

15-2.2 Elektron nəzarət vasitəklərinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

15-2.3. Elketron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifə yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

 

15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

 

15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır