Modern.az

Azərbaycanda yeni nəzarət sistemi bu şəxslərə tətbiq ediləcək...  

Azərbaycanda yeni nəzarət sistemi bu şəxslərə tətbiq ediləcək...   

Aktual

15 Noyabr 2017, 13:47

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif edilir. Modern.az-ın məlumatına görə, məcəlləyə yeni 15-1 (Probasiya nəzarəti) yeni bənd təklif edilir. Probasiya nəzarəti– azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.


Probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq ediləcək:


15-1.2.1. cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə;


15-1.2.2. şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslərə;


15-1.2.3. alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə;


15-1.3. Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.


15-1.4. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, “İcra haqqında” və “İcra məmurları haqqında” qanunlarla müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetririr;


15-1.4.1. məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək;


15-1.4.2. məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək;


15-1.4.3. məhkum olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada vəsatət qaldırmaq;


15-1.4.3. probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyaya yönəlmiş tədbirləri həyata keçirmək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?