Modern.az

Bakıda iki məktəbli qızı maşın vurdu  

Bakıda iki məktəbli qızı maşın vurdu   

Aktual

15 Noyabr 2017, 14:38

Bu gün Bakıda ağır yol qəzası  baş verib.

 

Bakı şəhəri 254 nömrəli məktəbdən Modern.az –a verilən məlumatda qeyd edilir ki, məktəbin III sinif şagirdləri Nazlı Eyvazova və Aliyə Osmanovanı maşın vurub.

Hadisə noyabrın 15-də R.Behbudov küçəsində 254 nömrəli məktəbin şagirdləri teatr tamaşasına gedərkən saat 13:30 radələrində baş verib. Şagirdlərlə ibtidai sinif müəllimi Aynur Allahyarova və bir valideyn olub. Şagirdlər dərhal xəstəxanaya çatdırılıb. Nazlı Eyvazova başından xəsarət alıb, reanimasiyadadır. Aliyə Osmanovanın vəziyyəti qənaətbəxşdir. Hadisə barədə valideynlərə dərhal məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı