18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Peşə təhsilinin növləri və müddəti müəyyənləşdi - DETALLAR
Peşə təhsilinin növləri və müddəti müəyyənləşdi - DETALLAR
15.11.2017, 14:55

 

Azərbaycanda peşə təhsili sisteminin quruluşu, peşə təhsili müəssisələrinin növləri və təhsil müddəti müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində qeyd edilib.

 

9.1. Peşə təhsilinin səviyyələri:

 

1. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq;

2. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

3. orta peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

 

9.2. Peşə təhsili müəssisələrinin növləri:

 

1. peşə məktəbi;

2. peşə liseyi;

3. peşə təhsil mərkəzi.

 

9.3. Ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.

 

9.4. Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.

 

9.5. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

 

9.6. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

 

9.7. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

 

9.8. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir: peşə məktəblərində:

 

1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il;

2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

 

Peşə liseylərində:

 

1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;

2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

 

Peşə təhsil mərkəzlərində:

 

1. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;

2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

3. ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;

4. tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il.

 

Həmçinin  peşə təhsili müəssisəsinin maliyyə mənbələri müəyyən olunub.

 

Bu isə “Peşə təhsili haqqında” qanun layihəsinin 22-ci maddəsində qeyd edilib.

 

Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

 

Dövlət peşə təhsili müəssisəsi:

 

1. dövlət büdcəsindən ayrılan vəsaitlər;

2. dövlət fondlarının vəsaitləri;

3. büdcədənkənar vəsaitlər;

4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;

5. kreditlər, qrantlar, ianələr;

6. innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

7. qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar;

8. qanunvericiliklə qadağan olunmayan digər mənbələr;

 

Bələdiyyə və özəl peşə təhsili müəssisələri:

 

1. təsisçinin (təsisçilərin) vəsaitləri;

2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;

3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;

4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

5. qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar;

6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər. Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

 

Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

 

Peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.  


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub
18.07.2018, 10:44

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı
18.07.2018, 10:42

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18.07.2018, 10:37

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018, 10:37

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
18.07.2018, 10:33

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”   
18.07.2018, 10:29

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”  

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub
18.07.2018, 10:11

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ermənistan atəşkəsi 98 dəfə pozdu   
18.07.2018, 10:06

Ermənistan atəşkəsi 98 dəfə pozdu  

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir
18.07.2018, 10:01

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib
18.07.2018, 09:58

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

Axtarışda olan 32 nəfər tutuldu   
18.07.2018, 09:55

Axtarışda olan 32 nəfər tutuldu  

Azərbaycanda ilanların sayı çoxalıb
18.07.2018, 09:53

Azərbaycanda ilanların sayı çoxalıb

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək
18.07.2018, 09:33

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək

Prezident Sumqayıta açılışa gedir   
18.07.2018, 09:08

Prezident Sumqayıta açılışa gedir  

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM   
18.07.2018, 08:38

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM  

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir
18.07.2018, 08:32

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 08:29

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

ARXİV