Modern.az

Medvedev: “ABŞ Rusiyaya düşmən kimi baxır”  

Medvedev: “ABŞ Rusiyaya düşmən kimi baxır”  

Aktual

15 Noyabr 2017, 16:41

“Rusiya ilə ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti “Soyuq savaş” dövründən daha pisdir”.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

 

Medvedev  ABŞ-la SSRİ arasındakı münasibətlərin 1970-1980-ci illərdəki vəziyyətini yaxşı xatırladığını deyib:

“Münasibətlərimizin o dövrdən daha pis olduğundan əmin deyiləm. Əvvəllər ABŞ-ın düşmənləri olan ölkələrə qarşı sanksiyalar tətbiq etmək üçün heç bir qanunu yox idi. Hazırda belə bir qanun var, qanunda nəzərdə tutulan konsepsiyaların mənası da aydındır. Vaşinqton bir çox məsələlərdə Moskva ilə əməkdaşlıq etmək istəyir. Amma bu qərarla bizi yalnız rəqib olaraq deyil, düşmən olaraq xarakterizə edirlər”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu