Modern.az

Siyasi partiyalardan ReAL-a CAVAB: “Qurultay üçün yer verə bilərik”  

Siyasi partiyalardan ReAL-a CAVAB: “Qurultay üçün yer verə bilərik”   

15 Noyabr 2017, 17:29

ReAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Bu qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Amma qurultay keçirmək üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edən ReAL-a müsbət cavab verilmədi.

Belədə digər partiyalar öz qərargahlarında ReAL-ın qurultay keçirməyinə razılıq verərlər?

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a deyib ki,  əgər ReAL Hərəkatı rəsmi olaraq Müsavat Partiyasına müraciət etsə, qurultay keçirmək üçün yer verilə bilər.

“Bakı Şəhər İcra Hakimiyyətinin ReAL Hərəkatına qurultay keçirmək üçün yer verməməsi siyasi və ictimai təşkilatlarla bağlı qanunun pozulması deməkdir. Bu neqativ haldır. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edənlərə yer verməlidir, bu Konstitusiyanın tələbidir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, müraciət olunsa, RaAL Hərəkatına qurultay keçirmək üçün yer verə bilərlər.

“Azərbaycan Demokrat Partiyasının qərargahında qurultay keçirmək üçün şərait var. Müraciət olunsa, ReAL Hərəkatına razılıq verilə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır