22 iyul 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Əhalinin orta yaş həddi 50-dən 37-yə enən ölkə - Zimbabve Muqabenin vədlərinə inanmır…
Əhalinin orta yaş həddi 50-dən 37-yə enən ölkə - Zimbabve Muqabenin vədlərinə inanmır…
15.11.2017, 22:24

Düz 37 ildir ki, Muqabenin xeyrinə işləyən zaman, artıq 93 yaşlı bu “hökmdar”ın yükünü gələcəyə daşıya bilmir. Zimbabvedə vəziyyət gərgindir, Robert Muqabe üçün ürəkaçan deyil. Hətta bu ölkədə baş verən hadisələrlə bağlı informasiya qıtlığı olsa da belə siyasi ekspertlərin rəyi daha çox Muqabenin süqutunu əks etdirir. Bütün rəylərə nəzər yetirsək bir qənaətə gəlmək olar ki, Muqabenin Zimbabvedəki mütləq hakimiyyəti bərqərar olmayacaq.

Hazırda dünyanın siyasi müstəvisində müzakirəyə çevrilən Robert Muqabe kimdir, onun haqqında nələri bilirik?

Modern.az saytı bu suallara cavab verəcək yazını təqdin edir. 

 

Dünyanın ən yaşlı prezidenti, 93 yaşlı Robert Muqabe 1980-ci ildən ölkəsinin birinci kürsüsünə şəriksiz sahiblik edir. O, 1980-1987-ci illərdə Zimbabvenin baş naziri, 1987-ci ildən isə prezident vəzifəsini daşıyır. Ölkədə təkpartiyalılıq sistemini yaradan, 1987-ci ildə baş nazir postunu ləğv edib özünü prezident elan edən Robert Muqabe 2018-ci ildə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcəyəni bəyan edən ölkəsinin mütləq sahibidir. Təbii ki, bu günlərdə baş verən hadisələr yəqin ki, bu “mütləqlik” statusunu artıq onun əlindən alıb.

 

Müddətinə görə Robert Muqabenin təcrübəsi çox olsa da, o Zimbabveni ən ağır vəziyyətə, vətəndaşlarını səfil duruma gətirib çıxarıb. Əhalinin 85 faizi işsizdir, ölkədə hiperinfilyasiyadır.

 

1998-ci ildə Robert Muqabe torpaq islahatı ilə bağlı Konstitusiyada dəyişiklik etmək qərarına gələndə ölkədə işsizliyin sayı daha da artıb. Dəyişiklikdə məqsəd “ağ” fermerlərin torpaq sahələrinin əllərindən alınması olub. İki il müddətində qanun icra olunub və nəticədə 3 min fermer təsərrüfatı, şəhərlərdə bu təssərrüfatlarla əlaqəli işləyən bir çox obyektlər bağlanıb. Bununla da 800 min nəfər işsiz qalıb.

 

Ölkənin iqtisadi durumunun kəskin şəkildə aşağı düşməsi, Avropa Birliyi ölkələrinin bu rejimə qarşı sanksiyalar tətbiq etməsi Robert Muqabini demokratik islahatlar aparmasına məcbur edə bilməyib. Əksinə, Zimbabvedə həyat tərzi aclıqların, repressiyaların, insan hüquqları pozulmalarının müşayiəti ilə günü-gündən aşağı düşüb. Əhalinin orta yaş həddi isə 50-dən 37-yə enib.

 

Robert Muqabe 50-ci illərdə Salli Xayfronla tanış olub və ailə həyatı qurublar. Bu nikahdan Muqabenin Maykl adında bir oğlu olub. Maykl 3 yaşında qəfil xəstəlikdən ölüb. Bundan sonra cütlüyün övladı olmayıb. Onlar birlikdə 30 il yaşayıblar. 1992-ci ildə Salli Xayfron ölüb. Hələ onun ölümündən bir neçə il əvvəl Muqabe öz katibəsi ilə sevgi romanı yaşayıb və katibə prezidentə iki övlad bəxş edib. 1996-cı ildə münasibətlərini rəsmiləşdirdikdən sonra isə üçüncü övladları dünyaya gəlib.

 

Ölkə əhalisi birinci xanımı zəngin yaşamağa üstünlük verən, ölkənin ən bahalı brend mağazalarını gəzən, hədsiz dərəcədə dəbdəbəni sevən xanım kimi qəbul edirlər. Əhalinin yarısının acından öldüyü bir dövrdə birinci xanımın bu həvəsi heç də hamının ürəyincə deyil.

 

Robert Muqabi öz ölkəsində yaddaşlarda qəddar insan kimi iz buraxıb. 2014-cü ildə Braziliyada Olimpiadada heç bir medal qazanmadığına görə prezident Zimbabve yığmasının bütün üzvlərinin həbs olunması əmrini verib. Amma az sonra “mərhəmət”ə gələrək cəzanı dəyişib və göstəriş verib ki, xərclənmiş pullar idmançılar tərəfindən ödənilməlidir.

 

Təntənəli ad günləri keçirməyi sevən Zimbabve prezidenti ömrünün 90 ilini geridə qoyduqdan sonra 91 yaşını daha geniş qeyd edib. Yeməklərin hazırlanması üçün 2 fil, 2 camış, 5 antilop və 1 şirdən istifadə olunub. Çəkisi 90 kq olan tort isə prezidentə xüsusi təqdim edilib.

 

Prezidentin özünəməxsus vergi siyasəti var. Doğuş zamanı bərk qışqıran analardan hər qışqırığa görə 5 dollar vergi ödənməsi Muqabenin vergi “kəşf”lərindən biridir. Hətta, Muqabe Avropa ölkələrinin birində olanda vergi sahəsindəki aparacağı “islahat”lardan danışarkən qeyd edib ki, Zimbabvedə fillər çox yer tutur və onlar çox su içirlər, buna görə də onlar öz sümüklərindən vergi ödəməlidirlər.

 

ABŞ-da eynicinsli nikahların qanuniləşdirilməsi ilə bağlı Barak Obamanın fikirlərinə Robert Muqabenin reaksiyası dünyanın siyasi müstəvisində yaddaqalan hadisələrdən biri olub. Zimbabve prezidenti amerikalı həmkarına fikirlərini təklif formasında çatdırıb: “Belə nəticəyə gəlmişəm ki, əgər Barak Obama eynicinsli nikahları təşviq edirsə, onların müdafiəsinə qalxırsa və əgər buna ehtiyac olarsa, mən Vaşinqtona gedərəm, diz üstündə dayanıb ona evlənmək təklif edərəm”.

 

Qeyd edək ki, 2010-cu ildə Muqabe bəyan edib ki, geylər itlər və donuzlardan pisdir və konstitusiyada homoseksualların hüquqlarını təsbit etməkdən imtina edib.

 

Prezidentin səhhəti Zimbabvedə ən çox müzakirə olunan mövzulardan biridir. Muqabenin qadağalarına baxmayaraq, bu cür mövzular arabir mətbuat səhifələrində də özünə yer tapıb. Bildirilib ki, prezident onkoloji xəstəliklərdən əziyyət çəkir və mütəmadi olaraq Sinqapurda müalicə alır. Rəsmi mənbələr isə Robert Muqabenin xəstilyi haqqında heç bir açıqlama verməyiblər.

 

Amma faktlar da öz sözünü deməkdədir. Dövlət tədbirlərinin birində Muqabe çıxış etdikdən sonra tribunadan düşərkən büdrəyib, mühafizəçilərin köməyi ilə prezidenti avtomobilinə güclə çatdıraraq aparıblar. Bu kadrları imkan tapıb çəkə bilən jurnalistləri elə həmin gün tapıb çəkilişləri ləğv ediblər.

 

Daha bir fakt. 2012-ci ildə Robert Muqabenin 88 yaşı minlərlə insanın iştirakı ilə ölkənin ən böyük stadionlarının birində keçirilib. Tədbir zamanı prezidentin səhhətində ciddi problem yaranıb və stadionu tərk etmək məcburiyyətində qalıb. Sonra efir vasitəsi ilə əhaliyə müraciət edən Robert Muqabe səhhətinin tam normal olduğunu bəyan edib.

 

Parlamentin açılışındakı çıxışının mətnini tam başqa bir mətnlə səhv salmasını isə yəqin ki, Muqabenin xəstəliyi ilə yox, yaşının yüzə doğru getdiyi ilə əlaqələndirmək daha düzgün olardı.

 

Zimbabvedə 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ən maraqlı  açıqlamanı isə prezidentin xanımı Qreys Muqabe verib: “Həyat yoldaşım növbəti seçkilərdə mütləq iştirak edəcək. Əgər o vaxta qədər Tanrı onun taleyinə ölüm yazsa, onun meyiti seçkilərdə namizəd kimi irəli sürüləcək. Mən tam ciddi şəkildə bəyan edirəm ki, xalq Robert Müqabenin meyitinə səs verəcəkdir”.

 

Bu fikirlərdə bulunan xanım Muqabe, yəqin ki, bir məsələni unudub: “Həbsdə və qəbirstanlıqda olanlar prezident seçilmək hüququndan məhrumdurlar...”


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR
22.07.2018, 16:10

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR

   AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün
22.07.2018, 15:49

  AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü
22.07.2018, 15:26

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı
22.07.2018, 14:50

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

ARXİV