Modern.az

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Aktual

16 Noyabr 2017, 00:40

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Məlumata görə, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.

 

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

 

00:14

 

Azərbaycanda zəlzələnin episentri Bərdə rayonu olub. Modern.az xəbər verir ki, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla 23:49-da qeydə alınan 5.1 bal gücündə  yeraltı təkanların episentri Bərdə rayonu olub. Zəlzələnin ocağı 9.7 kilometr dərinlikdə yerləşib.

 

23:51

 

Azərbaycanda zəlzələ olub. Modern.az xəbər verir ki, yeraltı təkanlar əsasən aran rayonlarında hiss edilib.

Bərdə və Ağdam sakinlərinin məlumatına görə, yeraltı titrəyiş 1 dəqiqəyə yaxın davam edib. Yeraltı təkanlar Bərdədə 5.1 bal gücündə olub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı hər hansı məlumat açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür