24 fevral 2018, Şənbə
Ana Səhifə - REPORTAJ - Çildağa gedənlər - Maştağada qorxunu qorxu ilə götürməyin SİRLƏRİ - REPORTAJ  
Çildağa gedənlər - Maştağada qorxunu qorxu ilə götürməyin SİRLƏRİ - REPORTAJ   +
16.11.2017, 09:55

Yəqin ki, çildağ haqqında çox adam eşidib. Çildağ - dağbasma deməkdi. İnsanı diksindirmək üçün bədəninə yanar od-dağ basırlar. Deyilənə görə, insanın müəyyən nöqtələri var ki, həmin nöqtələrə od basanda bədən ayılır. Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan “çildağ müalicəsi”ndən istifadə edilib.

Modern.az-ın əməkdaşı bu günlərdə yolunu maştağalı çildağçı Alxas Əlimərdanovun yanından salıb. Bizi yarımqaranlıq çildağ otağında qarşılayan Alxas Əlimərdanov öncə bu müalicə üsulunun tarixindən danışdı:

“Çildağın qədim tarixi olsa da bu haqda dəqiq məlumat vermək olmur. Ancaq atəşpərəstliklə əlaqəsi olduğunu demək mümkündür”.

Müsahibimiz deyir ki, çildağ xalq təbabətinin bir növüdür.

“Çildağın müxtəlif növləri var. Müəyyən insanların əlində güclü bioenerji olur. Qədim vaxtlarda əlində bioenerji olan insanlara udumçu, udumdar deyərdilər. Bunların növləri çoxdur, çildağçı, nəzərçi, sınıqçı və sair”.

Alxas Əlimərdanov deyir ki, çildağın əsas məkanı Maştağa qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahıdır.

Onun sözlərinə görə, çildaq sadəcə qorxunu aradan qaldırmaq üçün deyil. Həmçinin, onun tibbi tərəfləri də var. “Bunu həkimlər də təsdiq edir ki, çildağın insanın qan laxtalanmasını, qan dövranını yaxşılaşdıran tibbi aspektləri var. Həkimlər təsdiqləyirlər ki, çildağ zamanı söndürülmüş köz insan əzalarına toxunanda qan dövranı normal vəziyyətə gəlir”.

Müsahibimizdən çildağın bilinməyən tərəfləri barədə də soruşduq. Alxas Əlimərdanov qeyd etdi ki, həqiqətən çildağın bilinməyən tərəfləri var:

“Bunlardan biri ruhun varlığıdır. Hər kəs bilir ki,ruhun varlığını nə inkar etmək olur, nə də onu sübut etmək. Ruhla bədən arasında astroloji sərhəd var. Həmin sərhəd zədələnəndə müəyyən molekullar və ya müəyyən qüvvələrin təsiri ilə bədən şəfa tapır. Şəxsə çildağın təsir edib-etmədiyini müəyyənləşdirmək mümkündür. Əgər çildağ zamanı insan bədənində, ovucun içində, alında və ya başqa əzalarda tər əmələ gəlirsə, həmin şəxsə çildaq təsir etmiş olur və o tezliklə şəfa tapacaq”.

Çildağ zamanı bədənin müəyyən hissələrinə söndürülmüş köz vurulur. Bununla da keyimiş sinirlər ayılır. Müsahibimiz qeyd etdi ki, vaxtilə çildağ üçün xüsusi otlar olub:

“Çildağ edərkən çox vaxt sintetik olmayan pambıq parçalardan istifadə edirik. Amma əsasən keçmişdə çildağ otları mövcud olub. Həmin otların vasitəsilə çildağ olunub. Amma indi bu otlardan istifadə  edilmir”.


Alxas Əlimərdanov bizə bir neçə daş göstərərək, onların “çildağ daşları” olduğunu dedi. Söylədi ki, bu daşların üstünə uzanan şəxslər üzərindən ağırlığı, qorxunu aradan qaldırmaq olur. Bu da çildağın növlərindən  biridir.

Bəzən insana çildağın təsiri olmur, bunun səbəbi nədir? Müsahibimiz bu suala belə cavab verdi: “Bunun səbəbi oddan xəlq olunmuşlardır. Başqa sözlə, astroloji sərhəddə bədənlə insanın arasında həmin oddan xəlq olunmuşlar olanda, odun oda təsiri ola bilmədiyinə görə, çildağ da insana təsirsiz qalır”.

Alxas Əlimərdanov çildaq etdikdən sonra insanda bəzi dəyişikliklərin baş verdiyini, onun maraqlı hadisələrlə qarşılaşdığını da qeyd etdi. Müsahibimizin sözlərinə görə, bir dəfə onun yanına filmə baxıb qorxduqdan sonra qohumlarını belə, tanımayan bir nəfər gətiriblər.

“Mən onu çildağ etdim, onun hafizəsi geri qayıtdı və hamını tanıdı. Bir dəfə də bir dili tutulmuş gəlmişdi. Mən onu əlimdə çildağ ləvazimatı olmadığı üçün adi siqaret vasitəsilə “dağladım” və nəticədə onda dil açılma prosesi başladı”.


Bəs çildağla cinçıxarma da həyata keçirmək olurmu? Alxas Əlimərdanov deyir ki, mümkündür:

“Son zamanlar çildağla cinçıxarma da həyata keçirilir. Hər ildə bir dəfə çildağdan istifadə etmək mütləqdir. Vaxtilə yaşlı nəsil hər il azı bir dəfə özlərindən qan aldırarmışlar. Ancaq indi bu hallara az rast gəlmək olur. Eynən çildağa da hər il azı bir dəfə getmək mütləqdir”.

Bəzi insanlara çildağ etmək olmur, bu hadisə onlara pis təsir edir: “Məsələn, şəkərli diabet xəstələrinə bunu aid etmək olar”.

Alxas Əlimərdanov deyir ki, o, çildağ edərkən məhək daşı deyilən daşdan da istifadə edir. Onun sözlərinə görə, həmin daşla nəzəri də götürmək mümkündür.

Alxas Əlimərdanov qeyd etdi ki, onun yanına gələnlər təkcə kədlərdən olmur, şəhər və rayon mərkəızlərində yaşayan insanlardan da müraciət edənlər olur. Onun sözlərinə görə, həftənin üçüncü və altıncı günləri çildağ olunmaq üçün ən arzuolunan günlər sayılır. Səbəbi barədə heç bir məlumat yoxdur, bir növ adət halı alan inaclarla əlaqədardır. İnanc demişkən, Alxas Əlimərdanovun sözlərinə görə, çildağın insana təsir etməsi üçün hər şeydən əvvəl inanc olmalıdır. Bir sözlə, bu yolla sağalacağına inanmalısan, yoxsa çildağın təsir etməsi çətin olacaq.




Əbülfəz  Kərimov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı
24.02.2018, 15:43

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”
24.02.2018, 15:32

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24.02.2018, 15:21

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb

Özbəkistanın sabiq baş prokuroru həbs olundu
24.02.2018, 15:05

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24.02.2018, 14:47

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub
24.02.2018, 14:14

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub

Nardaran sakini silahını təhvil verib
24.02.2018, 13:57

Nardaran sakini silahını təhvil verib

“Xocalısız 26 il” - FOTOLAR
24.02.2018, 13:46

“Xocalısız 26 il” - FOTOLAR

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb
24.02.2018, 13:42

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq
24.02.2018, 13:36

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24.02.2018, 13:29

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək

Tacikistan prezidenti bu il Azərbaycana gələcək
24.02.2018, 13:22

Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi
24.02.2018, 13:11

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi

Oğruluq etmək istədi, bacaya düşdü
24.02.2018, 13:00

Oğruluq etmək istədi, bacaya düşdü

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA
24.02.2018, 12:34

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24.02.2018, 12:31

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI

Ağ Evdə həyəcanlı anlar yaşandı
24.02.2018, 12:15

Ağ Evdə həyəcanlı anlar yaşandı

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq
24.02.2018, 12:11

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək
24.02.2018, 11:58

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək

Yaşıl təbiət –Sağlam cəmiyyət
24.02.2018, 11:53

Yaşıl təbiət –Sağlam cəmiyyət

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib
24.02.2018, 11:53

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib

Elmar Vəliyəv vətəndaşları qəbul edib
24.02.2018, 11:43

Elmar Vəliyəv vətəndaşları qəbul edib

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu
24.02.2018, 11:40

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi
24.02.2018, 11:35

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı
24.02.2018, 11:33

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır
24.02.2018, 11:22

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Dəb ədəbiyyatı: Dəbiyyat
24.02.2018, 11:13

Dəb ədəbiyyatı: Dəbiyyat

Ağsuda polislər yol qəzasına düşdü
24.02.2018, 11:09

Ağsuda polislər yol qəzasına düşdü

"Taliban" 25 hərbçini öldürdü
24.02.2018, 11:00

"Taliban" 25 hərbçini öldürdü

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU
24.02.2018, 10:46

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq
24.02.2018, 10:35

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq

Neft bahalaşdı
24.02.2018, 10:24

Neft bahalaşdı

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var
24.02.2018, 10:09

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(15%)
“Bazarstore”(10%)
“Neptun” marketləri(2.5%)
“Favorit” marketi(6.25%)
“Makromarket”(2.5%)
“Bizim market”(2.5%)
“Rahat market”(2.5%)
“Bravo” marketləri(13.7%)
“Oba market”(10%)
Heç biri - digər mağazalar(35%)