Modern.az

Bakıda Şimali Kiprin müstəqilliyinin 34-cü ili qeyd edildi

Bakıda Şimali Kiprin müstəqilliyinin 34-cü ili qeyd edildi

16 Noyabr 2017, 10:47

Noyabrın 15-də Bakıda, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 34 illiyinə həsr edilmiş tədbir keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Diaspor nümayəndələri, Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoral, xarici ölkələrin səfirləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şimali Kiprin Bakı təmsilçisi Ufuk Turganer Şimali Kiprin yaranmasından danışıb. Ufuk Turganerin sözlərinə görə, bu gün eyni zamanda  Bakıda Şimali Kipr təmsilçiliyinin yaranmasının 20 ili tamam olur:

 

Turganer,  Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin böyük tarixə malik olduğunu deyib:

 

“Təmsilçiliyimiz, qardaş ölkə Azərbaycanda fəaliyyətinin 20-ci ilini ilə qeyd edir, azərbaycanlı qardaşlarımızla aramızdakı bağın hər keçən gün artmasını arzu edirəm. Bu tədris ili ərzində ölkəmizdə 500 azərbaycanlı tələbə təhsil alır, onlardan 20-si dövlətimizdən təqaüd alır. Öyrənən təhsil ili ərzində ölkəmizdəki universitetlərdə 500 azərbaycanlı gənc təhsil alır və 20 nəfər hökumətimizin təqaüdləri ilə hazırlanır. Ən böyük məqsədiniz iki qardaş ölkə arasında mövcud əlaqələri daha da artırmaq və iki qardaş ölkəyə bir-birlərini daha yaxşı tanımasına kömək etməkdir”.

 

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır