Modern.az

Vitse-spiker beynəlxalq yeni qanun layihəsi haqda məlumat verdi

Vitse-spiker beynəlxalq yeni qanun layihəsi haqda məlumat verdi

16 Noyabr 2017, 11:21

Bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təbliği məqsədilə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr keçirilib.

 

Modern.az-ın məlumatına görə, qanun layihəsindən danışan Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, layihənin hazırlanmasında məqsəd nəinki Azərbaycana qarşı, eyni zamanda, bütün dünyada cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək, beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir.

 

B.Muradova qeyd edib ki, qanun layihəsinin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb:

 

“Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük. İlk gündən Milli Məclisin sədri Oqtay Əsədov bu məsələyə ciddi dəstək verib. Biz cəmiyyətdən gələn belə bir təşəbbüsü alqışlayırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi