Modern.az

Vəzifəli şəxslər qadağan olunan informasiyanın yayılmasına görə CƏZALANACAQ

Vəzifəli şəxslər qadağan olunan informasiyanın yayılmasına görə CƏZALANACAQ

16 Noyabr 2017, 11:55

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

 

Belə ki, internet İnformasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi