Modern.az

Beynəlxalq cinayətlərin qarşısının alınmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdi

Beynəlxalq cinayətlərin qarşısının alınmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşdi

16 Noyabr 2017, 12:31

 

Beynəlxalq cinayətlərin qarşısının alınmasına görə vəzifəli şəxslərin məsuliyyəti müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, bu, yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinin 13-cü (Rəislərin və digər vəzifəli şəxslərin məsuliyyəti) maddəsində deyilir:

 

Rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altinda olan silahlı qüvvələrə lazımınca nəzarəti həyata keçirməməsi nəticəsində törədilmiş beynəlxalq cinayətlərə görə aşağıda göstərilənlər nəzərə alınmaqla məsuliyyət daşıyırlar:

 

1. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələrin bu Qanunda nəzərdə tutulan cinayətləri törətməsi haqqında məlumatlı idi və ya mövcud şəraitdə belə cinayətləri törətmək niyyətinin olması haqqında məlumatlı olmalı idi.  

2. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların səlahiyyətləri çərçivəsində bu Qanunda nəzərdə tutulan cinayətlərin qarşısının alınması və ya cinayət təqibi məqsədləri üçün məsələnin səlahiyyətli orqanlara verilməsi üçün zəruri tədbirləri görmədikdə.

3. rəis və ya rəis qismində fəaliyyət göstərən şəxs onların rəhbərliyi və ya səmərəli nəzarəti altında olan silahlı qüvvələr üzərində lazımi qaydada nəzarəti hayata keçirməməsi nəticəsində həmin qüvvələrin bu Qanunda nəzərdə tutulan cinayətləri törətməsi və ya törətmək niyyətində olduqlarını bilirdi və ya belə niyyət haqqında məlumatlara qəsdən əhəmiyyət vermədikdə.

 

Qanunun 14-cü (Əmrin icrası ilə bağlı məsuliyyət) maddəsində isə qeyd olunur: Bu Qanunda nəzərdə tutulan cinayətlərin törədilməsi rəis və ya rəis qismində fəaliyyət göstərən şəxslərin əmrləri beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və cinayət məsuliyyətindən azad edən yaxud cəzanı yünğülləşdirən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmrin icrası aşağıda göstərilmiş hallarda cinayət məsuliyyətindən azad edir:

 

1. əmri yerinə yetirmək şəxsin qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinə daxil edilmişdirsə;

2. əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa;

3. əmrin qeyri-qanuni olması barədə şəxsin məlumatı olmadıqda.

 

12-ci (Beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsi) maddədə isə bildirilir: Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə və etnik təmizləməyə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə və ya ittiham hökmünün icrası müddətləri tətbiq edilmir. Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən və Azərbaycan Respulikasının ərazisində tutulan şəxslərə münasibətdə onların hüquqi statusundan asılı olmayaraq, vəzifə səlahiyyətlərinə istinad cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi üçün əhəmiyyət kəsb etmir və cinayət məsuliyyətindən azad edən və ya cəzanı yüngülləşdirən hal qismində qəbul edilə bilməz. Milli qanunvericiliyə və ya beynəlxalq hüquq normalarına əsasən şəxsin vəzifə səlahiyyətləri ilə bağlı olan immunitetlər belə şəxs barəsində beynəlxalq cinayətin törədilməsində görə Azərbaycan Respublikasının cinayət yurisdiksiyasının həyata keçırılməsinə maneə törətmir.

 

Həmçinin beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiyanın qaydaları müəyyənləşib.

 

Qanun layihəsinin 18-ci (Beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya) maddəsində qeyd olunur ki, beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətə verilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

 

Sorğu edən xarici dövlətlə Azərbaycan Respublikası arasında müvafiq müqavilə olmadıqda “Cinayət törətmiş şəxslərin verilməsı (ekstradisiya)” haqqında Azərbaycan Respublikasının qanunu tətbiq edilir. Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətin sorğusu əsasında verilməsi məqsədləri üçün təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və müharibə cinayətləri siyasi cinayət və ya onunla bağlı cinayət sayıla bilməz.

 

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında xarici dövlətin sorğusu ilə başqa xaricı dövlətin və ya dövlətlərin digər cinayətə və ya cinayətlərə görə həmin şəxsin verilməsi haqqında sorğu mövcud olduqda beynəlxalq cinayətlərlə bağlı sorğunun icrasına üstünlük verilir. Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən eyni şəxsin verilməsi və ya təslim edilməsi haqqında xarici dövlətin və beynəlxalq məhkəmə orqanının sorğuları alındıqda, onların hansına üstünlük verilməsi məsələsi işin konkret halları nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur. Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında sorğu onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı olaraq cəzalandırmaq və ya təqib etmək məqsədini güdərsə və ya sorğunun təmin edilməsi burada göstərilən səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilərsə, belə hallarda bu Qanunun heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi şərh qəbul edilə və tövsif edilə bilməz.

 

Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və xarici dövlətə təhvil verilən və ya beynəlxalq məhkəmə orqanına təslim edilən şəxs buna səbəb olan cinayət və ya cinayətlərdən başqa digər cinayət əməlinə görə Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz.

 

19-cu (Beynəlxalq cinayətlərə münasibətdə təqib etmə və ya təhvil vermə öhdəliyi) maddəsində isə qeyd olunur: Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və Azərbaycan Respublikasının ərazisində tutulan şəxs xarici dövlətə təhvil verilmirsə və ya beynəlxalq məhkəmə orqanına təslim olunmursa, onun cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı