Modern.az

İham Əliyev Ucar-Yevlax avtomobil yolunun açılışında iştirak edib

İham Əliyev Ucar-Yevlax avtomobil yolunun açılışında iştirak edib

19 Noyabr 2009, 19:28

Noyabrın 19-da Prezident İlham Əliyev “İpək yolu”nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib.
Nəqliyyat nazirinin müavini Musa Pənahov Prezidentə məlumat verib ki, 52,5 kilometrlik bu yol Bakı–Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsidir. Bu yol Göyçay-Zərdab yolunun Ucar hissəsindən başlayaraq Yevlaxda başa çatır. Ucar, Ağdaş və Yevlax rayonlarının ərazisindən keçən bu yolun 44 kilometri 15 metr enində olmaqla ikizolaqlı, 8,5 kilometrlik hissəsi 27,5 metr olmaqla dördzolaqlıdır. İnşasına 2007-ci ilin aprelində başlanılmış bu yolda 5 körpü tikilmişdir və onların ikisi Kür çayının üzərindədir. Yol boyunca 74 suötürücüsü quraşdırılıb.
Əsas tikinti işlərini Türkiyənin “Polad Yol Yapı” şirkəti yerinə yetirib.
Yolun tikintisi həm dövlət büdcəsinin, həm OPEK Fondunun və həm də İslam İnkişaf Bankının krediti hesabına inşa olunub.
Tikinti zamanı 612 min kubmetr torpaq işləri görülmüş, 635 min kvadratmetr asfalt örtüyü döşənib.
Bu günədək “İpək yolu”nun Ələt–Hacıqabul, Hacıqabul–Kürdəmir, Gəncə-Qazax hissələri istifadəyə verilib. Hazırda Kürdəmir–Ucar, Yevlax–Gəncə, Qazax–Gürcüstan sərhədi avtomobil yolunun inşası davam edir.
Layihənin ümumi dəyəri 69 milyon 283 min ABŞ dollarıdır.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.
Rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yevlaxda – Kürün sahilində yaradılan bulvar kompleksi və inşa olunan mehmanxana binası barədə məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?