Modern.az

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq, güzəştli şagirdlər seçiləcək - YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq, güzəştli şagirdlər seçiləcək - YENİLİK

Təhsil

16 Noyabr 2017, 17:29

Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu maddəsində (Peşə təhsili müəssisəsi) qeyd edilib.

Qanun layihəsinin 10.12-ci bəndinə əsasən, dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcək.

Dövlət peşə təhsili müəssisələrində təqaüdlər təhsilalanlara dövlət hesabına veriləcək.

Qanunvericiliklə müəyyən edilmiş qaydada sosial  müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

 

1.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

 

2.  I, II və III qrup əlillər;

 

3. münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri;

 

4. 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

 

Qanun layihəsi Milli Məclisin yaxın vaxtlarda keçiriləcək plenar iclasında 1-ci oxunuşda müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı