Modern.az

Əhliman Əmiraslanov vətəndaşları qəbul etdi

Əhliman Əmiraslanov vətəndaşları qəbul etdi

Aktual

16 Noyabr 2017, 17:28

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov    saglamlıqları ilə əlaqəli problemləri olan vətəndaşları bu gün növbəti dəfə Milli Məclisdə qəbul edib.

 

Qəbulda koxlear implantasiya, dərman təchizatı, orqan transplantasiyası və digər ağır cərrahi əməliyyatların  aparılması  ilə bağlı müraciətlər olub. Qəbul zamanı həm də, Ə.Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif sosial  problemlərin həllində yardım istəyən seçicilər də iştirak etmişdir.

Əhliman Əmiraslanov qəbula müraciət edən  vətəndaşları ayrı-ayrılıqda dinləyərək ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və bu məsələlərin həlli istiqamətində müvafiq köməklik göstərəcəyini qeyd etdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır