Modern.az

Özbəkistan müdafiə naziri hərbi hissələrlə tanış olub

Özbəkistan müdafiə naziri hərbi hissələrlə tanış olub

16 Noyabr 2017, 20:02

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizov bu gün hərbi hissəni ziyarət ediblər. Modern.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.

 

Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır