Modern.az

Tovuzda qadın küçədə bıçaqlandı

Tovuzda qadın küçədə bıçaqlandı

16 Noyabr 2017, 22:59

Tovuz şəhərində qadın küçədə bıçaqlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Tovuz şəhərində vaş verib.

 

1977-ci il təvəllüdlü İbrahin Hacılı kənd sakini Kazımova Səbinə Sabir qızı küçədə bıçaqlanıb.

 

İlkin məlumata görə, o, aptekdən dərman alıb evə qayıdan zaman küçədə bir qrup şəxs dini təhqir edən sözlər işlədib. Qadın onlara iradını bildirdikdə isə tərəflər arasında mübahisə yaranıb. Nəticədə onlardan biri qadının qarın nahiyəsinə bir bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir