Modern.az

Ərdoğandan Qarabağla bağlı bədbin AÇIQLAMA: “Putin münaqişənin həllinə ümid etmir”

Ərdoğandan Qarabağla bağlı bədbin AÇIQLAMA: “Putin münaqişənin həllinə ümid etmir”

17 Noyabr 2017, 09:01

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.  

 

“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var.  Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, - deyə R.T.Ərdoğan qeyd edib.   

 

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.

 

Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.  

   

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...