Modern.az

Baş nazir Nuru paşa ilə bağlı müraciəti cavabsız qoyub - Milli Məclisdə məsələ qaldırıldı

Baş nazir Nuru paşa ilə bağlı müraciəti cavabsız qoyub - Milli Məclisdə məsələ qaldırıldı

17 Noyabr 2017, 12:24

“Bu gün Milli Dirçəliş günüdür. Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Bu il AXC-nin 100 illiyi tamam olur. Ölkə başçısı bununla əlaqədar vaxtında və yerində müvafiq sərəncam verdi. Bununla da cənab prezident AXC-nin 100 illik yubleyinin keçirilməsi ilə bağlı öz həsasslığını göstərdi”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, Cümhuriyyətin yubileyinə 6 ay qalır.

 

“Biz qurumlar və cəmiyyət olaraq bu həsasslığı göstərə bilmirik. Bununla bağlı Milli Məclisin qərarı olmalıdır. Tədbirlərin Gəncədə və sair yerlərdə keçirilməsi ilə bağlı. Bununla cəmiyyət də görməlidir ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı qanunverici orqanda da işlər görülür. AXC-nin tarixində xüsusilə də iki şəxsiyyətin adını qeyd etmək istərdim.

 

Bunlar Məhəmməd Əmin Rəsulzadə və Nuru paşadır. Biz Nuru Paşanın abidəsinin qoyulması üçün Baş nazirə müraciət etmişik. Amma hələ ki, bir cavab ala bilməmişik. Məhəmməd Əmin Rəsulzadənin isə Novxanıda yaşadığı ev bağçaya çevrilib”.

 

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki,  AXC-nin 100 illik yubileyi ilə bağlı artıq işlər gedir və vaxtı gələndə isə nəticələr görünəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir