Modern.az

Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”

Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”

17 Noyabr 2017, 12:42

“Ataların bir sözü var. “Desəm öldürərlər, deməsəm ölləm!”. Mən dinəcəm. Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Amma həkim aktyora dərmən yazıb, onu almağa pulu yoxdur”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxış edən deputat Zeynəb Xanlarova deyib.

Deputat üzünü Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinə tutaraq deyib:
 

“Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi