Modern.az

Lavrov Bakıya iki günlük səfərə gəlir  

Lavrov Bakıya iki günlük səfərə gəlir   

17 Noyabr 2017, 14:59

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək. 

XİN bildirib ki, qonşu ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır