22 iyul 2018, Bazar
Ana Səhifə - MEDİA - Facebook-dakı “təxribatçılar”la necə mübarizə aparmalı... - Ekspertlər yol göstərdilər  
Facebook-dakı “təxribatçılar”la necə mübarizə aparmalı... - Ekspertlər yol göstərdilər  
17.11.2017, 15:29

Bu gün sosial şəbəkələr ictimai rəyə təsir edən əsas platformalardan biridir. Əksəriyyət bəzən istifadəçilərin yalan və ya şişirdilmiş paylaşımlar etdiyinin şahidi olur. Xüsusilə də  təbii fəlakətlər zamanı bunu müşahidə edirik. Məsələn, iki gün öncə baş verən zəlzələ zamanı istifadəçilərin sosial şəbəkələrdəki paylaşımları istər-istəməz təlaşa səbəb olmuşdu.

Maraqlıdır, sosial şəbəkələrdə yaradılan yersiz hay-küyə qarşı necə mübarizə aparmaq olar?

Hüquqşünas Ələsgər Məmmədli Modern.az-a deyib ki, sosial şəbəkələrə müdaxilə etmək mümkün deyil:

“Azərbaycanda bütün onlayn sistemi, o cümlədən sosial şəbəkələr də  tənzimlənir. Sosial şəbəkədə bu və ya digər formada şəxsə yönəlik, onların hüququnu pozan, onları təhqir edən, böhtan atan məqamlar varsa, bu ,cinayət məsuliyyəti yaradır. Sosial şəbəkədən istifadə edərək dövlətin bütünlüyünə, Konstitusiyasına və bu kimi digər məsələlərə zərər  vermək istəyən varsa, bunlarla da bağlı qanunvericilikdə kifayət qədər maddələr var və məsuliyyət nəzərdə tutulub. Ona görə kimsə  Azərbaycanda sosial medianın tənzimlənmədiyini düşünürsə, doğru deyil.

Hamının sosial şəbəkə hesabına bir kod verib hökümət nəzarəti təşkil etmək, yoxsa kimsə nədən istəyir yazsın, amma filan mövzulara toxunmasın? Birinci düşüncə ilə biz heç nə əldə edə bilmərik. Ümumiyyətlə dünya sivilizasiyasına uyğunlaşmaq istəyiriksə, bu cür düşüncələrdən uzaqlaşmalıyıq. İkincisi, regionda ən çox sosial şəbəkələrə müdaxilə edən ölkə bizim ölkəmizdir”.

Ə.Məmmədli bildirib ki, sosial şəbəkələrdə şişirdilmiş məlumatlara aldanmamaq üçün yeganə çıxış yolu məlumatı yayanları  dostluqdan silməkdir:

“Bilirsiniz, siz sosial şəbəkələrdə görmək istədiklərinizi dostluğa qəbul edirsiniz. Deməli, heç kim sizə öz sözünü zorla sırıya bilməz. Mən filankəsin  paylaşımlarını görmək istəmirəmsə, istədiyim vaxt onu silə , yaxud “qara siyahı”ya əlavə edə bilərəm.  Bu baxımdan  sosial şəbəkələrdə  nələr olmalıdır, nələr olmamalıdır deməkdənsə, kimin paylaşımlarını görmək istəmirsəsə, məsələni qeyd etdiyim üsullarla həll etmək lazımdır. Əgər narahat olduğunuz məqamlar varsa, bunu aradan qaldırmaq asandır”.

Sosial media marketinqi mütəxəssisi Orxan Rzayev məsələ ilə bağlı “Facebook”da yeni funksiyanın yarandığını qeyd edib:


“Öncə qeyd edim ki, bir neçə ay öncə Facebook əlavə bir funksiya yaratdı. Yəni yalan, saxta vә ya qeyri-etik, mәnasız xәbәrlәri Facebook bizә bildirәcәk. Bunun üçün kimsә oxuduğu xәbәrin saxta vә ya yersiz olduğunu hiss etsә, onu şikayәt etmәlidir. Belәliklә o xәbәr “Facebook’un “qara siyahısı”na düşür vә növbәti adam o xәbәri gördükdә xәbәrin aşağısında bu xәbәrin tәhlükәli olduğu barәdә bildiriş görәcәk.


Saxta, lazımsız xәbәri şikayәt etmәk üçün bunları etmək lazımdır:

  • Paylaşımın sağ tәrәfindәki menyuya daxil olub postu şikayәt edirsiz (Report Post)
  • Şikayәtin sәbәbini seçәrkәn Saxta xәbәr olduğunu seçirsiz (Choose a reason > It’s a fake news)
  • Vә xәbәrin saxta olduğunun qeyd edilmәsini tәlәb edirsiz (What would you like to do > Mark this post as fake news)


Bu, Facebook-un qeyd edilən mövzuya qarşı apardığı  mübarizədir.  Digər tərəfdən ən yaxşı mübarizə yollarından biri insanların rəftarıdır. Məsələn, ötən gün baş verən zəlzələdən sonra hansısa mətbuat orqanı sosial şəbəkələrdə yaxın zamanlarda daha böyük təkanların gözlənməsi ilə bağlı məlumat yaymışdı. Təbii ki, bu da insanları böyük təşvişə salmışdı. İnsanlar belə ucuz yolla istifadəçi yığmağa çalışanları öz qara siyahısına salmalı və tənqid etməlidir”.

O.Rzayev düşünür ki, bu məsələdə əsas məsuliyyət istifadəçilərin üzərinə düşür:

“Təəssüf ki, bu gün “5 rayonumuzu aldıq”, “200 şəhid verdik”  tipli məlumatların da sosial şəbəkələrdə sürətlə yayıldığının şahidi oluruq. İnsanlar da bunun yanlış olduğunu bilmələrinə rəğmən yenidən eyni informasiyanı oxuyurlar. Nə qədər ki,  vətəndaşlar bu istiqamətdə diqqətli olmurlar, fırıldaqçı xəbər saytları da bundan istifadə edəcək. Hətta yerli, yeni yaranan saytlar buna nail ola bilirlər. Bu baxımdan əsas məsuliyyət  istifadəçilərin üzərinə düşür.

Ümumiyyətlə, sosial şəbəkədən istifadə mədəniyyəti toplumun intellektual səviyyəsi ilə düz mütənasibdir. Toplumda təhsil  səviyyəsi yüksəkdirsə, bunu sosial şəbəkələrdə də hiss etmək olur. Ziyalı təbəqənin sosial media fəaliyyəti ilə digər təbəqələrin fəaliyyəti fərqlənir. Bu da normaldır və hər toplumda bu cür istifadəçilərlə rastlaşmaq olar. Bizim cəmiyyətdə də sosial şəbəkələrdə istifadə ilə bağlı xüsusi fərqlilik var deməzdim”. 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

ARXİV