Modern.az

Sağlamlıq imkanları məhdud gənclərin təhsilinə DƏSTƏK

Sağlamlıq imkanları məhdud gənclərin təhsilinə DƏSTƏK

17 Noyabr 2017, 15:25

“Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu,    Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Gənclər  Fondunun maliyyə dəstəyi ilə  “Seçdiyim peşə ilə fəxr edirəm!” adlı layihəsi çərçivəsində Şirvan şəhərində yekun tədbirini keçirib.

 

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi sağlamlıq imkanı məhdud olan gənclərin təhsildə geri qalma səbəblərinin araşdırılaraq onların təhsil imkanlarının artırılması üçün daha optimal yolların təklif olunmasından ibarət olub.

 

Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Leyla Hüseynova açaraq  layihə barədə  geniş məlumat verdi . Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, YAP Şirvan şəhər təşkilatının sədr  müavini  Paşa Nəbiyev, BMT-nin  Uşaq  Fondunun  (UNİSEF)  Azərbaydandakı  nümayəndiliyinin  yuvenal  ədliyyə  proqramının  Aran zonası üzrə koordinatoru  Yusif Poladov,  Heydər Əliyev Fondunun “Regional İnkişaf”  İctimai Birliyinin əməkdaşı  Ülviyyə  Şahbazova bu sahədə dövlətimizin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdilər. Tədbirdə Şirvan şəhərinin 200 dən çox fəal  gəncləri yaxından iştirak ediblər və mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi