16 dekabr 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - 3 ölkənin səfiri ADU-da olub
3 ölkənin səfiri ADU-da olub +
17.11.2017, 17:03

Noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşüb.

 

Argentina səfirliyinin nümayəndələrinin universitet tələbələri üçün xüsusi kurslar təşkil etdiklərini deyən K.Abdulla buna görə səfirə təşəkkür edib. Rektor əməkdaşlıq üçün bir çox sahələrin mövcud olduğunu söyləyib: “Arzu edirik ki, Argentina universitetləri ilə də əməkdaşlıq edək. Bu işdə sizin köməyinizə ehtiyacımız var”. Rektor əlavə edib ki, ADU tələbələrinin Argentinaya xüsusi rəğbəti var və bu mövqedən çıxış edərək müştərək işlər görmək olar. Cənubi Amerika universitetləri ilə əlaqələrin demək olar ki, olmadığını bildirən rektor səfirdən ölkəsində ADU-ya tərəfdaş universitet tapmağı xahiş edib. Onun sözlərinə görə, həmin universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi, ADU-da isə Argentina mədəniyyət mərkəzinin yaradılması birbaşa əlaqələrin inkişafına gətirib çıxara bilər. Rektor həmçinin dünyanın 17 universitetində tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin Argentina universitetlərindən birində də tədris edilməsini təklif edib.

 

 

Öz növbəsində səfir K.D.Riva universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O, bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.  

 

ADU-ya dəstək verməyə hazır olduğunu deyən səfir ölkəsinin Xarici İşlər İnstitutunun göndərdiyi müxtəlif mövzularda kitabları rektora hədiyyə edib. O, bildirib ki, Argentinada sırf dillər universiteti olmasa da, müxtəlif dilləri tədris edən ali təhsil müəssisələri var: “Çalışacağam ki, Buenos-Ayres Universitetini əməkdaşlığa cəlb edim. Bizim fikrimizcə, qapılar təkcə Azərbaycana yox, bütün regiona açılmalıdır. Düşünürəm ki, Azərbaycan Argentinanın strateji tərəfdaşına çevrilməlidir. Çalışacağam ki, sizə uyğun universitetlər tapım”.

 

Səfir rektor K.Abdullanın dəvətini qəbul edərək universitetin “Səfir saatı” layihəsi çərçivəsində məmnuniyyətlə mühazirə oxuyacağını deyib.

Sonda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunub.

Rektorun daha bir görüşü Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Mixael Kindsqrabla olub. Bu yaxınlarda ADU-da almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş tədbir keçirildiyini deyən rektor qarşıda duran planlardan söz açıb. O, bildirib ki, yaxın gələcəkdə ADU-da Germanistika İntsitutunun açılması planlaşdırılır: “Ümid edirəm ki, burada germanistikanın böyük perspektivləri olacaq”. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının müştərək tədqiqi layihəsi barədə də danışan K.Abdulla bu layihənin Germanistika İntsitutu çərçivəsində genişləndirilmiş şəkildə davam edəcəyinə ümidvar olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür layihələr xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Öz növbəsində səfir M.Kindsqrab əlaqələrin dərin köklərə malik olduğunu bildirib. Universitetlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan diplomat ADU ilə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

Daha sonra ADU-nun Alman oxu zalının təşkilatçılığı ilə səfir Mixael Kindsqrab “Səfir saatı” layihəsi çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Qonağı iştirakçılara təqdim edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Səfir M.Kindsqrab “Almanların Azərbaycanda 200 illik yerləşməsi və turizm” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Səfir saatı” layihəsi üzrə daha bir görüş İtalyan dili mərkəzinin təşkilatçılığı ilə  İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massarinin iştirakı ilə keçirilib.

“Multikulturalizmə çağırışda italyan və Avropa kimliyi: Azərbaycan təcrübəsi ilə müqayisə” mövzusunda çıxış edən səfir Azərbaycandakı multikulturalizm ideyalarının inkişafı haqqında öz fikirlərini bölüşüb, müxtəlif din və millətlərə mənsub olan insanların burada sülh şəraitində, mehriban yaşadığnı bildirib.

Həmçinin italyan dili ixtisas ıüzrə təhsil alan II kurs tələbələri Sevda Abbasova, Surə Abasova və Mədinə Hüseyn “Azərbaycanda multikulturalizm” mövzusunda hazırladıqları təqdimatı səfir və qonaqlara təqdim ediblər.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı
16.12.2017, 13:09

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı

Yol polisi sürücülərə müraciət etdi
16.12.2017, 13:06

Yol polisi sürücülərə müraciət etdi

Cehiz “Karvan” xalçası
16.12.2017, 13:04

Cehiz “Karvan” xalçası

Astara sakinində 2 kq tiryək aşkarlandı
16.12.2017, 13:02

Astara sakinində 2 kq tiryək aşkarlandı

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  
16.12.2017, 12:59

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  

Azərbaycan toylarında yengəlik sıradan çıxır   
16.12.2017, 12:47

Azərbaycan toylarında yengəlik sıradan çıxır  

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  
16.12.2017, 12:19

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü   
16.12.2017, 12:16

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü  

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular
16.12.2017, 12:12

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub
16.12.2017, 12:00

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub

Sabahın hava PROQNOZU - Duman, çiskin...
16.12.2017, 11:56

Sabahın hava PROQNOZU - Duman, çiskin...

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...
16.12.2017, 10:21

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT
16.12.2017, 10:13

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT

Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi - FOTOLAR
16.12.2017, 09:58

Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi - FOTOLAR

Məşhur rəssamların qeyri-adi XÜSUSİYYƏTLƏRİ   
16.12.2017, 09:50

Məşhur rəssamların qeyri-adi XÜSUSİYYƏTLƏRİ  

Deputata ağır itki üz verdi   
16.12.2017, 09:42

Deputata ağır itki üz verdi  

Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz - Qanun dəyişdirilir
16.12.2017, 09:35

Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz - Qanun dəyişdirilir

İranda yenə zəlzələ oldu   
16.12.2017, 09:25

İranda yenə zəlzələ oldu  

Ermənistan atəşkəsi 115 dəfə pozdu   
16.12.2017, 09:18

Ermənistan atəşkəsi 115 dəfə pozdu  

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB
16.12.2017, 09:03

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB

Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR
16.12.2017, 08:50

Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR

Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.3%)
Mübariz Mənsimov (17.2%)
Fərhad Əhmədov(13.6%)
Füzuli Məmmədov(52.7%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.75%)
Digərləri(0.85%)