Modern.az

Jurnalist Zabil Müqabiloğlunun anım günüdür - FOTO  

Jurnalist Zabil Müqabiloğlunun anım günüdür - FOTO   

17 Noyabr 2017, 17:10

17 noyabr mərhum jurnalist Zabil Müqabiloğlunun doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Zabil Müqabiloğlu bu il fevralın 26-da uzun müddət əziyyət çəkdiyi qaraciyər xəstəliyindən vəfat edib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən ölüm gününədək mətbuatda çalışıb. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində işləyib. 

Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu