Modern.az

Ağdam, Bərdə və Tərtərdə yenidən zəlzələ oldu  

Ağdam, Bərdə və Tərtərdə yenidən zəlzələ oldu   

17 Noyabr 2017, 17:45

Bu gün - noyabrın 17-də saat 17:28 radələrində Tərtərdə növbəti dəfə zəlzələ qeydə alınıb. Bu barədə Modern.az-a Tərtərin İsmayılbəyli kənd sakinləri məlumat veriblər.

Sakinlərin bildirdiyinə görə, əhali arasında təşviş yaranıb, bəzi sakinlər evlərini tərk ediblər. Məlumata görə, noyabrın 16-da baş vermiş zəlzələ zamanı zərər görmüş evlər daha pis vəziyyətə düşüb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ əsasən Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin 3-4 bal gücündə olduğu bildirilib.

"Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub",- deyə Mərkəzdən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?