Modern.az

Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

17 Noyabr 2017, 18:26

Gəncə şəhərində 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb.

 

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri, polis leytenantı Eşqin Qasımovun verdiyi məlumata görə, noyabrın 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis İdarəsinə gətirilib.

 

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşrutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayanacaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu təqib etdiyi müəyyən edilib.

 

Saxlanılan şəxsin əvvəllər Rusiya Federasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?