Modern.az

Bu gecə paytaxtın bu hissəsində işıq olmayacaq

Bu gecə paytaxtın bu hissəsində işıq olmayacaq

17 Noyabr 2017, 18:58

Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq. Bu barədə Modern.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

 

Məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu