Modern.az

“Qarabağ” ölkə çempionatında növbəti qələbəsini qazandı

“Qarabağ” ölkə çempionatında növbəti qələbəsini qazandı

Aktual

17 Noyabr 2017, 21:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda “Qarabağ” “Sumqayıt” komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən ölkə çempionatının ilk oyunu kimi tarixə düşən qarşılaşmada  Ağdam klubu 10 nəfərlə mübarizə aparıb. Belə ki,  ilk hissənin 30-cu dəqiqəsində Ağdam klubunun qapıçısı İbrahim Şehiç birbaşa qırmızı vərəqə alıb. O, rəqib futbolçusu Amil Yunanova qarşı kobud oynadığı üçün meydandan qovulub. Azlıqda oynamasına baxmayaraq, “Qarabağ”  rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qolları Almeyda (41), Dino Ndlovu (65) vurub.

Bu qalibiyyət sayəsində xalını 28-ə çatdıran Ağdam klubu ilk pillədəki yerini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 16 xalla 4-cü sıradadır.

Qeyd edək ki, XII turun növbəti oyunları həftəsonu keçiriləcək. Noyabrın 18-də “Keşlə” “Zirə”ni, “Kəpəz” “Səbail”i qəbul edəcək. Noyabrın 19-da isə “Neftçi” evdə “Qəbələ” ilə qarşılaşacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir