Modern.az

Bakıda torpaq altında qalan fəhlə XİLAS EDİLDİ - YENİLƏNİB

Bakıda torpaq altında qalan fəhlə XİLAS EDİLDİ - YENİLƏNİB

17 Noyabr 2017, 22:05

Zığda torpaq uçqunu altında qalan şəxs xilas edilib. Modern.az xəbər verir ki, Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş vermiş uçqun nəticəsində torpaq altında qalan 22 yaşlı Əmirəhməd Bağırzadə FHN-in xilasediciləri tərəfindən xilas edilib.

Onun 8 metr dərinlikdə qaldığı bildirilirdi. Torpaq altındam çıxarılan  Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

 

Qeyd edək ki, bu axşam Bakının Suraxanı rayonunda, Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə torpaq uçqunu baş verib. Orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalmışdı.

 

21:38

 

 

Bakıda uçqun olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə torpaq uçqunu olub. Nəticədə  orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir