Modern.az

Yeni yol sürücülər üçün təhlükə yaradır - Video

Yeni yol sürücülər üçün təhlükə yaradır - Video

Aktual

17 Noyabr 2017, 22:21

Paytaxtda çəkilən yeni yol sürücülər üçün qəza vəziyyəti yaradır. Buna səbəb ərazidə quraşdırılan işiqforlar istifadəyə verilmədən yolun açılmasıdır. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, yolda yeni yol ayrıcı yaradılsa da, buranı kəsib keçmək mümkün deyil. Çünki ərazidə quraşdırılan işıqforlar işləmir.

 

Söhbət paytaxtın Xətai rayonunda yeni salınan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindən gedir. Burada yeni salınan yolda düzünə hərəkətin mümkün olduqunu göstərən yol nişanları çəkilsə də, Nobel prospektində hər hansı nişan qoyulmayıb. Üstəlik, işıqforlarda buranın tənizmlənməyən yol ayrıcı olduğunu göstərir. Yəni, bulvar istiqamətindən gələn sürücülərə Nobel prospektini kəsib keçməyə icazə verilir. Bunu etmək isə ərazidə potensial qəza vəziyəti yaradır.

 

Sürücülərin sözlərinə görə, bir neçə günə kimi bu yolda beton maneələrə olub, onlar götürüldükdən sonra bu problem yaranıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, əraziyə qısa zamanda baxış keçiriləcək və yaranan problemin aradan qaldırılması istiqamətində işlər görəcək. Bu zamana kimi sürücülərin həmin yol ayrıcından istifadə etməsi tövsiyə olunmur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır