19 dekabr 2017, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Nobel mükafatını xəstəxanada alan bakılı alim – Stalinin əfv etdiyi Landau...
Nobel mükafatını xəstəxanada alan bakılı alim – Stalinin əfv etdiyi Landau...
17.11.2017, 22:57

“Ən böyük günah, darıxmaqdır. Nə vaxtsa qorxulu bir məhkəmə qurulacaq, Allah soruşacaq ki, niyə darıxmısan, niyə həyatın gözəlliklərindən yetərincə zövq almamısan...”

 

Bu sətirlərin müəllifi dünyaca məşhur olan, Nobel mükafatı laureatı, görkəmli nəzəriyyəçi fizik Landaudur. Ciddi olduğu qədər, həm də “qeyri-ciddi” insan kimi yadda qalan, ailə durumundan asılı olmayaraq xanımlardan sevgisini gizlətməyən, eyni vaxtda beynində elmi araşdırma aparan və qarşısındakı insanla zarafat edən, SSRİ-də yaşamasına baxmayaraq, sovet rejimini lənətləyən, ömrünün bir ilini həbsxanada keçirən, mövcud ideologiyanın ziddinə gedərək “mən sərbəst düşüncəli insanam” deyən bakılı alim Landau. Yaxud dostlarının təbirincə desək, sadəcə Dau...

 

Modern.az saytı Bakıda doğulan məşhur alim Lev Landau haqqında yazını təqdim edir.

 

22 yanvar 1908-ci ildə Bakıda doğulan Landau imkanlı ailədə böyüyüb. Atası tanınmış neft mühəndisi, anası həkim olub. 13 yaşında gimnaziyanı bitirən Lev 14 yaşında Bakı Dövlət Universitetinin, həm də eyni zamanda 2 fakültənin - fizika-riyaziyyat və kimya fakültələrinin tələbəsi adını qazanıb. 3-cü kursdan təhsilini Leninqrad Universitetinin fizika fakültəsində davam etdirib. Sonra isə həmin universitetin aspiranturasına qəbul olunub. Landau 21 yaşında doktor elmi dərəcəsinə sahib olub. Gənc yaşlarından onun məqalələri dünyanın ən tanınmış alimlərinin diqqətini cəlb edib.

 

1929-cu ildə Lev Landau SSRİ xalq maarif komissarlığının göndərişi ilə Almaniya, Danimarka, isveçrədə təhsilini davam etdirib. Berlində olarkən Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olub. Sonralar o, dəfələrlə Nils Borla görüsüb və onu öz müəllimi hesab edib.

 

1932-37-ci illərdə Landau Xarkov Mexanika və Maşınmqayırma İnstutunun nəzəri fizika kafedrasına rəhbərlik edib. 1936-1937-ci illərdə o, “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunan elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb və 1937-ci ildə o, Moskva Fizika Problemləri İnstitutuna dəvət olunaraq həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib.

 

Landau görkəmli alim olmağı ilə yanaşı, özünəməxsus qəribəlikləri ilə də fərqlənib. O, eyni zamanda bir neçə işi icra etməyi bacarıb. Beynində riyazi hesablamalar aparıb, qarşısındakı insanla söhbət edib, arada yaranan pauzalarda yumor hissini işə salaraq zarafat edib. Landau istədiyi adamla zarafat etməyi özünə haqq sayıb, hətta kimisə sözün əsl mənasında dolamaqdan çəkinməyib. Həyatında yeganə insan Hils Bor olub ki, təkcə onunla zarafatlaşmağı, “tikan batırmağı” özünə qadağan edib.

 

Xeyirxahlıq etməkdən zövq alan Landau vaxtının məhdud olmasına baxmayaraq zamanını insanlardan əsirgəməyib. Məsələn, yoldan keçən bir yaşlı insanı evinə qədər ötürməyi, yaxud tanımadığı bir adam ondan məsləhət almaq istəyərkən ona hər şeyi xırdalığına kimi başa salmağı Landau özünə borc sayıb.

 

Hansı təhsil müəssisəsində çalışıbsa, orada ən maraqlı mühazirələr Landaunun mühazirələri sayılıb. Hətta humanitar yönümlü fakültələrin tələbələri bu mühazirələrdə iştirak etməkdən zövq alıblar.

 

Xanımlara qarşı laqeydliyini gizlətməyən alim bu məsələlərdə həyat yoldaşına da güzəştə getməyib. Bəli, elə məqamlar olub ki, o mənzilinə gətirəcəyi gənc xanım haqqında həyat yoldaşını əvvəlcədən xəbərdar edib. Və xahiş edib ki, bir müddət evin xanımı öz otağından çıxıb onlara mane olmasın. Beləliklə, bakılı alim həyat yoldaşı Koranın bir neçə saat paltar şkafında sakitcə oturmağına da nail olub. Bu “işgəncə”yə baxmayaraq Landaunun vəfatından sonra xanımı həyat yoldaşına olan sevgisinin təkənməz olduğunu bir daha etiraf edib: “Mənim dünyada ən böyük səadətim, ən böyük uğurum Dauya rast gəlməyim idi...”.

 

 

Tələbələri Landaunu belə xatırlayıblar: “O, pillələri uşaq kimi tullana-tullana qalxan, alabəzək qlstukları ilə seçilən, zarafatcıl, həmişə insanların arasında olmağı sevən, ətrafını zarafatları ilə əyləndirməyi bacaran bir dahi idi. Amma hərdən çox sərt olurdu. Əgər tələbə onun suallarını qane edəcək dərəcədə cavablandıra bilmirdisə fikrini kəskin bildirirdi: “Sən başqa işlə məşğul ol, səndən fizik olmayacaq”. Landau həyatsevər, daxilən azad, müstəqilliyini heç nəyə dəyişməyən şəxsiyyətlərdən olub. Onun öz yaşam tərzi, özünəməxsus iç dünyası olub...”.

 

Stalin repressiyalarının ölkəni bürüdüyü bir dövrdə Landau da “qara siyahı” düşüb. Xarkovda antisovet və antistalin təbliğatı aparan dəstənin üzvlərinə yardımçı olan alim “alman cəsusları ilə əməkdaşlığa” görə “NKVD” tərəfindən həbs olunub. Bu xəbəri eşidən dünya şöhrətli alimlər dahi alimin azadlığı üçün hərəkətə keçiblər. Fizika institunun direktoru, görkəmli alim Kapitsa və Nils Bor məktubla Stalinə müraciət ediblər. Onlar Lavrenti Beriya və Vyaçeslav Moloyovla görüşməyə nail olublar. Nəhayət, düz bir illik həbsxana həyatından sonra Stalin Landaunu əvf edib.

 

Həbsxana həyatından çox da narazı olmayan Landau sonralar həmin günləri də yumor hissləri ilə xatırlayıb:

“Əslində, həbsxana düşündüyünüz qədər də dəhşətli deyil. Mən bir neçə elmi kəşfimi məhz həbsxanada etdim. İkinci bir tərəfdən, Stalini bu məkanda daha rahat söymək olurdu...”.

 

Dayanmadan yeni elmi uğurlara imza atan Landau 1962-ci ildə ağır avtomobil qəzasına düşüb. Onun müalicəsi üçün dünyanın ən tanınmış alimləri köməklərini əsirgəməyiblər. Zəruri olan pereparatlar Amerikadan, Avropa ölkələrindən gətirilib. O cümlədən, azərbaycanlı həmyerliləri də Landaunu tək qoymayıblar. Beləliklə, Landaunu xilas etmək mümkün olub.

 

Xəstəxanada yatarkən Landau belə bir məktub alıb:  “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”.

 

Landau səhhətindəki problemə görə, Nobel mükafatını almaq üçün İsveçə gedə bilməyib. Nobel Fondu ilk dəfə olaraq mükafatı İsveçin SSRİ-dəki səfiri ilə xəstəxanaya göndərib.

 

Müalicədən sonra Landau elmi işlərlə ciddi məşğul olmaqdan imtina edib.

 

1968-ci ildə Landaunun səhhətində gözlənilmədən ciddi problemlər yaranıb. Daxili orqanlarının əməliyyatından sonra onu ölümdən qaytarmaq mümkün olmayıb.

 

Ölümündən qabaq isə Landau öz həyatından razılığını bildirib: “Mən bu həyatı yaxşı yaşadım. Mənə hər şey çatdı və mən hər şeyə nail oldum...”.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”
19.12.2017, 00:09

Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”

Əfqanıstandakı terrorda 2 nəfər öldü
18.12.2017, 23:48

Əfqanıstandakı terrorda 2 nəfər öldü

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib
18.12.2017, 23:34

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib

Azərbaycan nefti bahalaşıb
18.12.2017, 23:16

Azərbaycan nefti bahalaşıb

Türkiyədə 410 metrlik körpü uçdu
18.12.2017, 23:06

Türkiyədə 410 metrlik körpü uçdu

Bakıda oteldə yanğın
18.12.2017, 22:51

Bakıda oteldə yanğın

Məşhur aktyor ailə qurdu
18.12.2017, 22:34

Məşhur aktyor ailə qurdu

ABŞ Qüdslə bağlı qanuna veto qoydu
18.12.2017, 22:03

ABŞ Qüdslə bağlı qanuna veto qoydu

İntim həyat üçün “QARA SİYAHI”
18.12.2017, 21:54

İntim həyat üçün QARA SİYAHI”

Əczaçılıq məhsulları istehsalı 2.5 faiz artıb
18.12.2017, 21:42

Əczaçılıq məhsulları istehsalı 2.5 faiz artıb

SSRİ tarixində ən qəddar SİMA – “DƏMİR NARKOM”
18.12.2017, 21:29

SSRİ tarixində ən qəddar SİMA – “DƏMİR NARKOM”

Koalisiya Əbu Bəkr əl-Bağdadi ilə bağlı xəbəri təkzib etdi
18.12.2017, 21:06

Koalisiya Əbu Bəkr əl-Bağdadi ilə bağlı xəbəri təkzib etdi

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi
18.12.2017, 20:54

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi

Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO
18.12.2017, 20:38

Azərbaycanda ilk dəfə “Çay, çəltik və sitrus meyvələri” festivalı - VİDEO

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək
18.12.2017, 20:27

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək

Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(1.66%)
Araz Ağalarov (19.7%)
Mübariz Mənsimov (32.2%)
Fərhad Əhmədov(5.67%)
Füzuli Məmmədov(34.6%)
Telman İsmayılov (1.77%)
İsgəndər Xəlilov(1.45%)
Vaqif Məmişov(1.27%)
Heç biri(1.04%)
Digərləri(0.49%)