Modern.az

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı

18 Noyabr 2017, 00:45

Ankara Cümhuriyyət Prokurorluğu NATO təlimlərində Prezident Rəcəb Tayyib Ərdoğan və ulu öndər Mustafa Kamal Atatürkü hədəf alan olayla bağlı cinayət işi başladıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb:

“Norveçdə yerləşən NATO Müttəfiq Hərb Mərkəzində keçirilən təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk təhqir edilib və alçaldılıb. Bu səbəbdən olayı törədənlər və bu işdə məsuliyyət daşıyanlarla bağlı Cümhuriyyət Prokurorluğu 2017/191238 saylı qərarla cinayət işi başladıb".

 

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!