18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddia
Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddia
18.11.2017, 01:02

Modern.az araşdırmaçı İlqar Əliyevin hazırladığı “Sirr və açar” toplusunda tarixçi alim Kamil Fərhadoğlunun irəli sürdüyü elmi iddianı təqdim edir. Alimin fikrincə, məşhur əfsanə qəhrəmanları Leyli və Məcnunun qəbirləri İçərişəhərdədir və bu qəbirlər  hələ də orada durur:

 

“Həmin qəbiri ilk dəfə doktor Kamil Fərhadoğlu təyin edib tarixə və abidəyə heç bir xələl gətirmədən onu araşdıra bilib: “Şirvanşahlar saray kompleksi, saray məscidinin girişində təsədüfi aşkar olunan qəbr haqqında məlumat”ı “Şirvanşahlar sarayı kompleksində, məscidin girişində yağış sularının toplanıb bünövrəyə ziyan vurmaması üçün bərpa işləri aparılarkən, drenaj üsulu ilə su borusu xəttinin çəkilməsi zamanı qəbr abidəsi tapılıb". 

Kamil Fərhadoğlunun özü isə bu barədə bunları deyib:

“Qəbir üzə çıxan zaman torpaq işləri dayandırıldı. Qəbri öyrənmək üçün onun üstünün götürülməsini məsləhət bilmədik. Ona görə də qəbrin şərq tərəfində açılmış deşikdən onu müşühidə edərək öyrənmək qərarına gəldik. Qəbir şərq-qərb istiqamətində yerləşib, uzunluğu 2,5m., eni 0,4m.- dir. Saray məscidin giriş qapısından 2,5m. aralıdır. Onun dərinliyi yer səthindən 0,8m.-dir. Qəbrdə üz-üzə başdırılmış 2 insan skletinin birincisinin ayaq sümükləri şərq, kəllə sümüyü isə qərb tərəfdə yerləşir. Üzü şimala baxır. O, müsəlman dini qaydalarına əsasən dəfn olunmamışdır, ikinci insan skleti tam tərsinə yerləşib. Onun ayaq sümükləri qərb, kəllə sümüyü isə şərq istiqamətində dəfn olunmuşdur. Onun üzü cənub qərbə, məscidin mehrabı istiqamətinə baxır. O, müsəlman adətinə uyğun olaraq basdırılmışdır. Əslində, 2 insanın üzbəüz dəfn olunması faktı maraq doğurur. Qəbirdəki birinci kəllə sümüyü ikinciyə nisbətən daha böyükdür. Qəbirdən saç nümunəsi tapılmamışdır. Abidə daş qutu qəbr formasında tikilmiş, üzərində daş plitə qoyulmuşdur. 1964-cü ildə Şirvanşah sarayı kompleksində bərpa işləri zamanı bəhs etdiyimiz qəbr çox güman ki, aşkar olunub. Qəbirin içində, şimal tərəfdəki divarda açılmış deşik bu fikri söyləməyə əsas verir. Hətta onu da demək olar ki, qəbri araşdırmaq məqsədi ilə, hansısa bir alətlə içəridəki skletin sümüklərini qarışdırmışlar. Bu qəbrdə skletdən başqa heç bir maddi mədəniyyət nümunəsi aşkar olunmadı. Abidəni hərtərəfli şəkildə öyrəndikdən sonra bir neçə ehtimal irəli sürmək olar:

 

- Belə bir ehtimal təkzib olunmaz fakdır ki, müsəlman şərqində hər kəsin yaxşı tanıdığı kafiri və yaxud düşməni öldürdükdən sonra, onu bilavasitə məscidin girişində basdırırdılar. Məqsəd, ölənin ruhunun, məscidə hər gün namaza gələn insanların tapdağı altında qalıb, təhqir olunması idi. Qəbirdə dəfn olunmuş insanlardan birinin müsəlman olmaması bu fikri söyləməyə əsas verir. Yazılı və şifahi mənbələrə istinadən onu demək olar ki, Şirvanşahlar sarayı kompleksinin aşağı həyəti ərazisində torpaq altında xeyli qəbr abidələri var”.

 

K.Fərhadoğlu araşdırmasının nəticəsi barədə bildirdi ki, "qəbirdəki baş-ayaq yerləşmiş skletlərdən biri gənc oğlana, digəri isə gənc qıza məxsusdur. Və böyük ehtimalla bu qəbir XII əsrə aiddir" Məscidin tikildiyi dövrdə, onun bünövrəsində bu qəbrin aşkar edilməməsi mümkün deyil. Bu qəbr sonradan, bilərəkdən məscidin girişində ayaqaltı pillə kimi qoyulub.

 

Adıçəkilən elmi əsərdə mövzu bu cür etdirilir. Mənbə kimi Nizaminin əsəri göstərilir:

“Həmçinin, deyə bilərik ki, məscidin girişində müsəlman olmayan insanın qəbrinin, hətta ayaqaltı pillə kimi belə yerləşdirilməsi ağlabatan deyil. Onu da nəzərə almaq lazımdır ki, Şeyx Nizami "Leyli və Məcnun" əsərində Leylinin qəbri üzərində ölmüş Məcnunun yalnız sümüklərinin qaldığını və bu sümükləri sonradan Leylinin qəbrinə basdırıldığını bildirir. Bu səbəbdən deyə bilərik ki, gənc oğlanın skletinin sümükləri hansısa bir alətlə qarışdırılmayıb, o basdırılarkən belə bütöv olmayıb. Bu fakt həmin skletlərin Nizami Gəncəvinin qəhrəmanlarının qalıqları olduğunu təsdiq edir:

 

"Ey bütün aləmi qurub xəlq edən!

Səni əzizinə and verirəm mən,

Al dərdli canımı ya pərvərdigar!

Məni sevgilimin yanına apar!

Bu cam bərklikdən özün azad et,

Apar o dünyaya könlümü şad et".

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli
18.12.2017, 00:46

“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video
18.12.2017, 00:26

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər
18.12.2017, 00:07

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər
17.12.2017, 23:49

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub
17.12.2017, 23:30

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video
17.12.2017, 23:12

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN
17.12.2017, 22:53

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək
17.12.2017, 22:37

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək

Məktəblilərə siqaret satılır - Video
17.12.2017, 22:21

Məktəblilərə siqaret satılır - Video

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı
17.12.2017, 22:04

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı

Torpaq sürüşməsi Filippində 26 can aldı
17.12.2017, 21:43

Torpaq sürüşməsi Filippində 26 can aldı

ABŞ-da təyyarə qəzası: 3 ölü
17.12.2017, 21:28

ABŞ-da təyyarə qəzası: 3 ölü

Livanda Britaniya diplomatı qətlə yetirilib
17.12.2017, 21:14

Livanda Britaniya diplomatı qətlə yetirilib

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu
17.12.2017, 21:00

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu

Türkiyə Şərqi Qüdsdə səfirlik açır
17.12.2017, 20:47

Türkiyə Şərqi Qüdsdə səfirlik açır

Bakıda qadını hamamda döydülər
17.12.2017, 20:16

Bakıda qadını hamamda döydülər

Metroda cibgirə qarşı xüsusi əməliyyat...
17.12.2017, 20:02

Metroda cibgirə qarşı xüsusi əməliyyat...

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
17.12.2017, 19:51

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”
17.12.2017, 17:59

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı
17.12.2017, 17:28

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb
17.12.2017, 17:12

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”
17.12.2017, 16:25

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb
17.12.2017, 16:02

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU
17.12.2017, 15:24

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...
17.12.2017, 15:11

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı   
17.12.2017, 15:07

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı  

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında
17.12.2017, 15:02

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ
17.12.2017, 14:42

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO
17.12.2017, 14:06

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”
17.12.2017, 13:48

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Avropalı deputatdan çağırış: “Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir”
17.12.2017, 13:16

Avropalı deputatdan çağırış: Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ
17.12.2017, 13:06

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu   
17.12.2017, 12:56

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu  

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR
17.12.2017, 12:38

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 
17.12.2017, 11:53

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.11%)
Araz Ağalarov (12.1%)
Mübariz Mənsimov (19.6%)
Fərhad Əhmədov(12.5%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(1.72%)
Digərləri(1.01%)