18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər  
Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər  
18.11.2017, 08:42

Bir neçə gün bundan öncə ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, gələn il Azərbaycan Cümhuriyyətinin də 100 illik yubileyi qeyd olunacaq. Şanlı dövlətin yadigarı olan Bakı Dövlət Universitetinin də 100 illik yubileyinin keçirilməsi təqdirəlayiq hadisədir.

Xatırladaq ki, Azərbaycan Cümhuriyyətinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya və tibb fakültələri, 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski idi.

Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olublar. Həmin dövrlərdə rəhbərliyin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər.

Böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə ilk illərdə burada Şərq xalqları ədəbiyyatından dərs deyib.

Elə Rəsulzadə demişkən, universitetin yaranmasında onun da böyük xidmətləri olub. Çünki yeni qurulan, maliyyə vəsaiti olmayan gənc bir dövlət üçün universitet açmaq və onun maddi təminatını ödəmək o qədər də asan deyildi. Bəzi solyönümlü fraksiyalar AXC parlamentində buna qarşı çıxırdılar. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli və Rəşid bəy Qaplanov üçlüyü sonadək öz prinsipiallığını qorudular və nəticədə universitetin təməli qoyuldu.

Bu xidmətlərinin müqabilində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Bakı Dövlət Universiteti bir müddət elə Rəsulzadənin adını daşıdı. Hazırda universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağı haqqında bildiriş lövhəsi də var.

Amma sonra BDU-dan Rəsulzadənin adı götürüldü. Bəzi məlumatlara görə, 100 illik yubiley ərəfəsində Məhəmməd Əmin Rəsulzadnin adı yenidən BDU-ya qaytarıla bilər.


Bəs ziyalıların bu barədə fikirləri nədir?

Universitetin professoru, media eksperti Qulu Məhərrəmli və BDU-nun məzunu, “Şərq” qəzetinin baş redaktoru, media tarixçisi Akif Aşırlı bu məsələylə bağlı fikirlərini Modern.az-la bölüşüblər.
 

Qulu Məhərrəmli – “Vaxtilə belə bir qərar verildi ki, şəxs adları ali məktəblərin üzərindən götürülsün. Bilmirəm, bu nəyin nəticəsi idi?! Ümumiyyətlə, Rəsulzadəyə qısqanc yanaşmağın özü tarixi səhdir. O, bu dövləti quran ən böyük şəxsiyyətlərdən biridir. Həyatı ilə, fəaliyyəti, elmi, biliyi ilə Azərbaycan adını yaşadan bir adamdır. Azərbaycan adına siyasi rəng verən bir adamdı. Azərbaycanda o vaxtlar - XX əsrin əvvəllərində müsbət enerjini dövlət qulluğuna yönəltmiş şəxsdi. Universitetin ilk rektoru Razumovskinin də xatirələrində var ki, parlamentdə bu məsələ müzakirə ediləndə buna ən çox qayğı, diqqət göstərən Rəsulzadə olub. Bu səbəbdən belə hesab edirəm ki, adının universitetin üzərində olması Rəsulzadənin mənəvi haqqıdır. Necə ola bilər ki, uzun illər Kirovun adına ola bilir, amma universitetin yaranmasına iştirak edən Rəsulzadənin yox?! Belə bir addım atılsa, minlərlə insanın ürəyini oxşamış bir qərar olar. Məsələn konservatoriyadan  Üzeyir bəyin adı götürülmüşdü. Amma bunun özü də bir formal idi. Çünki hamı bilirdi ki, konservatoriya uzun illər Üzeyir bəyin adına olub. Biz də sənədlərə baxanda görürük ki, BDU uzun illər Rəsulzadənin adına olub. Cümhuriyyətin 100 illiyi ərəfəsində belə bir addımın atılması vaxtında verilən və insanların könlünü oxşayan bir qərar olar”.
 

Akif Aşırlı – “Əgər həmin sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsində BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsi reallaşarsa, bu, çox müsbət addım olar. Rəsulzadənin haqqının tanınması olar. BDU-nun əsasının qoyulması uzun prosesin nəticəsi idi. Rəsulzadənin siyasi rolunun burada çox böyük əhəmiyyəti olub. Sizə deyim ki, Bakıda ali məktəbin açılması əleyhinə parlamentdə fikirlər səsləndirənlər var idi. Onlar bundan ötrü müəyyən səbəblər irəli sürürdülər: Guya Azərbaycan hökuməti yeni qurulduğu üçün büdcəsi tam formalaşmayıb, buna görə də belə bir ali məktəbi qurmaq mümkün olmayacaq. Başqa bir əsasları isə müəllim kadrları ilə bağlıydı. Onlar deyirdilər ki, “universitetdə dərs deyəcək ali məktəb müəllimlərimiz yoxdu. Xaricdən də gətirdiyimiz professorlar nə dərəcədə Azərbaycan mühitinə uyğunlaşacaq və dövlət üçün lazımı kadrların yetişməsini necə həyata keçirə biləcəklər?”. Bu barədə Qarabəy Qarabəyovun, müxtəlif fraksiyaların, deputatların fikirləri var.
Amma Rəsulzadə bunların hamısına qarşı gedərək, Bakıda universitetin açılmasının vacibliyini müəyyən səbəblərlə açıqlayıb. Öz arqumentini irəli sürüb və bir neçə iclasda bunu müdafiə edib. Özü də universitet açılandan sonra Şərq xalqlarının ədəbiyyat və tarixindən dərs deyib.

Universitetə Rəsulzadənin adının verilməsi çox gözəl addım olardı. Amma bir məsələ də var ki, bütün ali təhsil ocaqlarından şəxs adları götürülüb. Səhv etmirəmsə, belə bir sərəncam da verilmişdi.

Amma bu Rəsulzadənin haqqıdır. Hələ universitet yaranan zaman çox böyük xidmətləri olub. Universitetin həyətində Rəsulzadənin heykəlinin qoyulacağını bildirən lövhə də var”.

 

E. Nihad

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli
18.12.2017, 00:46

“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video
18.12.2017, 00:26

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər
18.12.2017, 00:07

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər
17.12.2017, 23:49

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub
17.12.2017, 23:30

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video
17.12.2017, 23:12

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN
17.12.2017, 22:53

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək
17.12.2017, 22:37

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək

Məktəblilərə siqaret satılır - Video
17.12.2017, 22:21

Məktəblilərə siqaret satılır - Video

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı
17.12.2017, 22:04

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı

Torpaq sürüşməsi Filippində 26 can aldı
17.12.2017, 21:43

Torpaq sürüşməsi Filippində 26 can aldı

ABŞ-da təyyarə qəzası: 3 ölü
17.12.2017, 21:28

ABŞ-da təyyarə qəzası: 3 ölü

Livanda Britaniya diplomatı qətlə yetirilib
17.12.2017, 21:14

Livanda Britaniya diplomatı qətlə yetirilib

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu
17.12.2017, 21:00

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu

Türkiyə Şərqi Qüdsdə səfirlik açır
17.12.2017, 20:47

Türkiyə Şərqi Qüdsdə səfirlik açır

Bakıda qadını hamamda döydülər
17.12.2017, 20:16

Bakıda qadını hamamda döydülər

Metroda cibgirə qarşı xüsusi əməliyyat...
17.12.2017, 20:02

Metroda cibgirə qarşı xüsusi əməliyyat...

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
17.12.2017, 19:51

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”
17.12.2017, 17:59

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı
17.12.2017, 17:28

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb
17.12.2017, 17:12

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”
17.12.2017, 16:25

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb
17.12.2017, 16:02

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU
17.12.2017, 15:24

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...
17.12.2017, 15:11

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı   
17.12.2017, 15:07

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı  

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında
17.12.2017, 15:02

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ
17.12.2017, 14:42

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO
17.12.2017, 14:06

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”
17.12.2017, 13:48

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Avropalı deputatdan çağırış: “Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir”
17.12.2017, 13:16

Avropalı deputatdan çağırış: Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ
17.12.2017, 13:06

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu   
17.12.2017, 12:56

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu  

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR
17.12.2017, 12:38

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 
17.12.2017, 11:53

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.11%)
Araz Ağalarov (12.1%)
Mübariz Mənsimov (19.6%)
Fərhad Əhmədov(12.5%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(1.72%)
Digərləri(1.01%)