21 iyul 2018, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Federasiya rəsmisi: “Azərbaycanda velosiped yollarının olmaması bu idman növünün inkişafının qarşısını alır” - MÜSAHİBƏ
Federasiya rəsmisi: “Azərbaycanda velosiped yollarının olmaması bu idman növünün inkişafının qarşısını alır” - MÜSAHİBƏ
18.11.2017, 08:55

2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı Bakı şəhərində keçiriliriləcək. Ölkə prezidenti İlham Əliyev bununla bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Modern.az saytının əməkdaşı Velosiped İdmanı Federasiyasında görülən və görüləcək işlərlə bağlı qurumun mətbuat katibi Pərviz Musayevlə danışıb.


- Hazırda ölkədə velosiped idmanı sahəsində vəziyyət necədir?

- SSRİ  zamanında velosiped Azərbaycanda kifayət qədər inkişaf etmiş idman növlərindən olub. 1974-cü ildə Azərbaycan velosiped məktəbinin yetirməsi Aleksandr Averin SSRİ dönəmində dünya turunun qalibi olub. Aleksandr Averin hazırda velosiped üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Aleksandr Averin velosiped idmanının şosse növündə olub. Trek növündə də SSRİ yığma komandasının heyətində kifayət qədər idmançılarımız olub. 
Bu idman növü kifayət qədər inkişaf etmiş idman növü olub. Amma SSRİ dağılandan sonra bir çox idman növləri kimi, velosiped idmanında da durğunluq dövrü olub. Bakıda Respublika velotreki var, hansı ki, “20 Yanvar”da fəaliyyət göstərir. 1980-ci ilin Moskva Olimpiadası öncəsi o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevin şəxsi təşəbbüsü ilə trek tikilib. Respublika velotreki Azərbaycanda baza rolunu oynayırdı. O trek də demək olar ki, dağıdılmışdı, təyinatı üzrə istifadə olunmayıb. Trekin bir hissəsi ticarət mərkəzi tərəfindən sökülmüşdü.
2011-ci ildən vergilər naziri Fazil Məmmədov Velosiped İdmanı Federasiyasının prezidenti təyin olunandan sonra vəziyyət müsbətə doğru dəyişməyə başladı. Hər şeydən öncə Respublika velotrekinin yenidən qurulması məsələsi önə çıxdı. Trekdə yenidənqurma işləri aparıldı, demək olar ki, trek sıfırdan quruldu, trekdə inzibati bina tikildi, hazırda federasiyanın binası həmin binada yerləşir. Məşq zalları, trenajor zalları, idmançıların qalması üçün otaqlar yaradıldı, trekin örtüyü dəyişildi.  
2015-ci il 1-ci Avropa Oyunları ərəfəsində Beynəlxalq Velosipedçilər İttifaqından, o cümlədən Avropa Velosipedçilər Birliyindən gəlmişdilər. Bura çox xoşlarına gəldi, bəyəndilər, bildirdilər ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün kifayət qədər işlər görülür.

 

-  Velosiped idmanına maraq göstərənlər daha çox hansı yaş kateqoriyalarına aiddir?

- Velosiped sürməyə maraq göstərənləri hansısa yaş kateqoriyalarına bölmək düzgün deyil. Rəhbərlik dəyişiləndən sonra qarşıda duran əsas vəzifə kütləviliyin təmin olunması idi. Yəni velosiped idmanı növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin cəlb olunması əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Bu məqsədlə yeni ildə, dövlət əhəmiyyətli günlərdə veloyürüyüşlər keçirilməyə başlandı.  Bir neçə il bundan əvvəl Azərbaycanda nəqliyyat vasitəsi kimi velosipedlərin sayı az idisə, indi artdığını görərik. Kifayət qədər insan var ki, velosipeddən müntəzəm olaraq istifadə edir. Bu sahədə federasiyanın gördüyü işlərin də böyük rolu var.

2012-ci ildən etibarən 23 yaşa qədər velosipedçilər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  turnir keçirildi, 2013-ci ildən isə həmin yarış “Tourd Azerbaijan” adlandırıldı. Həmin vaxtdan bu yarış davam edir, Beynəlxalq Velosipedçilər Federasiyasının 2.1 kateqoriyalı yarışı keçirilir. Dünyanın 20-dən ardıq ölkəsindən idmançılar gəlir. Tour`d Azərbaijan yarışının keçirilməsi Azərbaycanda velosiped idmanının inkişafına böyük dəstək verdi. Hamı gördü ki, bu idman növü kifayət qədər maraqlıdır.

- Velosiped idmanı güləş, karate və başqa idman növləri ilə müqayisədə çox populyarlaşmayıb. Bunun səbəbi nədir?

- Adını çəkdiyiniz idman növləri bağlı bizdə böyük ənənələr olub. Hər halda müqayisə etsək, velosiped idmanı növündən daha çox sevilir o növlər. Ona görə hazırkı dövrdə bir çox idman növləri ilə velosiped idmanını müqayisə etmək düzgün olmaz. Bizim məqsədimiz odur ki, velosiped idman növünü populyarlaşdıraq, insanları cəlb edək. Görülən işlərin nəticəsində kifayət qədər insan bu idman növü ilə məşğul olmağa başlayıb.
Bizim “Synergy  Baku” komandamız var, əvvəllər orada legionerlər üstünlük təşkil edirdi, indi isə özümüzün gənc idmançılarımız kifayət qədərdir. Əgər 4-5 il bundan əvvəl ilə müqayisə etsək, böyük inkişafın şahidi olarıq. Ola bilər ki, biz nəticə baxımından güləşdən, boksdan, cüdodan geri qalırıq. Son zamanlar ölkədə xeyli sayda insan velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edir.

Azərbaycanda velosiped üçün yolların olmaması da bu idman növünün inkişafının qarşısını alan səbəblərdəndir. Əgər yollarda velosiped sürmək üçün şərait yaradılsa, bu idman növü daha da sevilə bilər. Bütün bunlar zamanla qaydasına düşəcək.

- Azərbaycanı dünyada təmsil edən velosipedçi varmı?

- Bizim idmançılarımız bütün Dünya, Avropa çempionatlarında iştirak edirlər. Düzdür,  nəticələrimiz hələ ki, yüksək deyil, amma bu tədricən düzələcək. “Synergy  Baku” komandası ölkəmizi beynəlxalq arenalarda kifayət qədər təmsil edir. Bizim komandamız 3-cü kateqoriyaya aiddir. Öz kateqoriyasına görə böyük uğurlar əldə edib.

 


- 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı Bakı şəhərində keçiriləcək. Buna hazırlıq necə gedir?

 

- Dünya çempionatının Bakıda keçirilməsi məsələsi 2015-ci ildə ortaya çıxıb. 2015-ci ildə “Baku 2015”Avropa Oyunları ilə əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqının rəhbərliyi Bakıya gəlmişdi. “Baku 2015” Avropa Oyunlarının proqramına “BMX” idman növü də daxil idi. Bu münasibətlə Bakıda yerləşən veloparkda “BMX” treki tikilib istifadəyə verildi. Onlar gəlib bu treki görəndən sonra çox bəyəndilər. Belə bir gözəl kompleksin olduğuna görə, təklif etdilər ki, 2018-ci velosiped idmanının “BMX Racing” növü üzrə Dünya Çempionatını Bakıda keçirək. Bu təklif müzakirə olunduqdan sonra razılıq alındı. 2016-cı ildən hazırlıqlara başlanıldı, “BMX” treki ilə bağlı yenidənqurma işləri aparıldı. 2016-cı ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqı “BMX” yarış trekində yeni standartlar tətbiq etdi və bizim “BMX” treki yenidən quruldu. Hazırda trek Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam olaraq cavab verən arenadır. 2017-ci il “BMX Racing” növü üzrə dünya çempionatıABŞ-da təşkil olunmuşdu, həmin tras köhnə standartlara uyğun idi. 2018-ci ildə Bakıda keçiriləcək Dünya çempionatı yeni standartlara uyğun ilk dünya çempionatı olacaq. Dünya çempionatından əvvəl test yarışı keçirilir. Biz test yarışını oktyabr ayında keçirdik. Test yarışına 8 ölkədən nümayəndələr gəlmişdi, treki çox bəyəndilər. 

Bu il noyabr ayının 15-də cənab Prezident gələnilki Dünya çempionatının təşkili ilə bağlı Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzaladı. Velosiped idmanı növü dünyada populyar olduğu üçün ölkəyə kifayət qədər tamaşaçının gəlməsi də gözlənilir. Ölkəmizdə keçirilən digər önəmli yarışlar kimi velosiped idmanının “BMX Racing” növü üzrə Dünya çempionatı da yüksək səviyyədə keçiriləcək.

 

- 2016-cı ildən Azərbaycanda velosiped istehsalı zavodu açıldı. Azərbaycan velosipedçiləri  yarışlarda yerli istehsal olan “İSMA Bikes” markalı velosipedlərdən istifadə edəcəkmi?

- Ötən il Qafqazda bir ilk oldu ki, Azərbaycan öz milli velosipedlərinin istehsalına başladı. İlk olaraq zavodda 3 model istehsal olunurdu, amma sonradan modellərin sayı 50-yə çatdırıldı. “İSMA BİKES”-in məhsullarının beynəlxalq yarışlarda istifadə olunmasına gəlincə isə buna görə Beynəlxalq Velosipedçilər İttifaqından lisenziya alınmalıdır. Təbii ki, gələcək məsələlərdə bu da olacaq. Amma hələ ki bir müddət bu velosipedlərin özünü təsdiq etməsi lazımdır. Tək Azərbaycan bazarında yox, dünya bazarlarına çıxarmaq üçün işlər görülür.

- Peşəkar velosipedçilər “İSMA BİKES”in istehsal etdiyi velosipedi necə dəyərləndirir?

- Daxili yarışlarda bu yerli istehsal olan velosipedlərdən istifadə edilir. Velosipedlərin xarakteri fərqli olur. Elə velosipedlər var ki, yarış üçün istifadə edilir, eləsi də var ki, həvəskar sürmək üçün. Yarışlar üçün velosipedlər karbon materialından olmalıdır. Yerli istehsal olan velosipedlər idmançılar tərəfindən maraqla qarşılanır. Planda var ki, Azərbaycan yığma komandalarının üzvləri beynəlxalq yarışlarda məhz öz daxili istehsalımız olan velosipedlərdən istifadə etsinlər. Çünki, bu yerli velosipedlərin tanınmağına kömək edəcək.  


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

Velosiped oğruları TUTULDU
21.07.2018, 12:55

Velosiped oğruları TUTULDU

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır
21.07.2018, 12:44

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR
21.07.2018, 12:15

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

ARXİV