Modern.az

Daşınmaz əmlakla bağlı YENİLİK - Mülki Məcəllə dəyişir

Daşınmaz əmlakla bağlı YENİLİK - Mülki Məcəllə dəyişir

18 Noyabr 2017, 10:04

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər ediir.

Modern.az-ın məlumatına görə, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

Məcəlləyə , təklif olunan düzəlişlər ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı,  mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi  çatışmazlıqlar mövcuddur. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qayda dünya təcrübəsində tətbiq olunur və milli qanunvericilikdə də öz əksini tapmalıdır.

Qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və onun dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan “qabaqcadan qeydiyyat” institutu təkmilləşdirilərək “torpaq sahəsi barədə təminat qeydi” institutu olaraq formalaşdırılıb. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir.

 

Qanun layihəsinin üstünlüklərindən biri də tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin qoyula bilməməsi ilə bağlıdır. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi