Modern.az

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Aktual

18 Noyabr 2017, 11:32

16-17 noyabr tarixlərində Rusiya Federasiyasının Sank-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclasları keçirilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, MDB  PA-nın “Sosial siyasət və insan hüquqları” daimi komissiyasının sədri Arif Rəhimzadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, MDB PA-nın  “Mədəniyyət, İnformasiya, Turizim və İdman üzrə” daimi komissiyasının üzvü Rauf Əliyev  bu komissiyaların iclaslarında iştirak ediblər.


Modern.az xəbər verir ki, Arif Rəhimzadənin sədrliyi ilə keçirilən Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında MDB-yə üzv ölkələrdə ailələr üçün həyat səviyyəsinin göstəriciləri ilə bağlı qurumun  Statistika Komitəsinin məlumatı təqdim olunub, vətəndaşların hüquqi vəziyyəti haqqında informasiyanın əldə edilməsi və pensiya təminatı üzrə tövsiyələrə baxılıb. Model Miqrasiya və Əmək məcəllələri ətrafında müzakirələr aparılıb. Yığıncaqda A. Rəhimzadə  MDB-nin 2016-2020-ci illər üzrə model qanunvericilik planında nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə ilə çıxış edib. Təşkilatı məsələyə baxıllb. Arif Rəhimzadə növbəti dövr üçün Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri seçilib.

Mədəniyyət, İnformasiya, Turizim və İdman məsələləri daimi komissiyanın iclasında  MDB-ə üzv dövlətlər üçün model Mədəniyyət Məcəlləsi, habelə “Şəxsi məlumatlar haqqında”, “İdman dopinqindən istifadəyə qarşı mübarizə”, Məktəb idmanı” , “Sosial turizm” və digər model qanunların hazırlanması ilə bağlı müzakirələr aparılıb.
“İdman dopinqindən istifadəya qarşı  mübarizə”  model qanun layihəsini daimi komissiyanın üzvləri Milli Məclisin deputatı  Rauf Əliyev və Rusiya Dövlət Dumasının üzvü olimpiya çempionu İrina Rodnina təqdim edib. Daimi komissiyanın üzvü Rauf Əliyev iclasda çıxış edərək müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib və təkliflər irəli sürüb

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır