21 oktyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
18.11.2017, 13:08

Qafqaz bizim ümumi evimizdir, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz öz tərəfimizdən regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli ağsaqqallar kimi, sizdən çox şey asılıdır.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında yer alan bu fikirləri dövlət başçısı Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçıları ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabında toplanan materiallar 2011-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.

Bu kitab Prezident İlham Əliyevin 9 May – Qələbə bayramı münasibətilə Bakıda təntənəli mərasimdə iştirakına dair materialla başlayır.

Nəşrin 46-cı kitabında dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Çexiya, Fələstin dövlətlərinin, habelə dövlətimizin başçısının Serbiyaya, Sloveniyaya rəsmi, İtaliyaya, Belçika Krallığına, Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlət başçısının Azərbaycana səfər etmiş Fransa, ABŞ, Gürcüstan, İran, Britaniya, Rusiya, Türkiyə, Norveç və digər ölkələrin, ISESCO, ATƏT, BMT, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, Dünya Bankı, Avstriyanın OMV şirkəti və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransının açılış mərasimində, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci və Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümləri münasibətilə təntənəli hərbi paradda, Dünya Azərbaycanlılarının III Qurultayında nitqləri, “Bakı ürək günləri” Beynəlxalq Konqresinin iştirakçılarına müraciəti daxil edilib.

Nəşrin bu cildində dövlət başçısının Sumqayıt şəhərinə səfərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, ictimaiyyətlə görüşlərinə dair materiallar əksini tapıb, habelə kütləvi informasiya vasitələrinə müsahibələri yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 46-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib
20.10.2018, 19:00

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

ARXİV