Modern.az

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI  

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI   

18 Noyabr 2017, 13:40

Millət vəkili Qənirə Paşayeva aidiyyatı nazirlikləri 8 nəfərlik kəşfiyyat qrupundan sağ qalan Aqil Əhmədovun müalicəsinə yardım etməyə çağırıb.


Modern.az-ın məlumatına görə, Q.Pşayeva bildirib:

"Bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan  qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında olduq. Orada  qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq,  bildirdilər ki 8 nəfərlik qrupdan sadəcə bir nəfər  Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir, ciddi əməliyyata ehtiyacı var və biz 7 qəhrəman şəhidin anası övladlarımızın qoxusunu ondan alırıq və xahiş edirik ki onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldırasınız və dəstək olasınız.
Aqil Əhmədovla görüşmüşük, doğurdan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ümid edirik ki şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq, Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək və onları bu məsələdə təcili dəstəyə çağırırıq".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır