Modern.az

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

18 Noyabr 2017, 15:09

Uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, artıq qanun layihəsi parlamentin payız sessiyasının işlər planına daxil edilib.

Məlumatda bildirilib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi üzərində işlər tamamlanıb və artıq müvafiq orqanlara göndərilib. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisə daxil olacağı gözlənilir.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır