Modern.az

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   

18 Noyabr 2017, 15:48

“ İdeoloji müstəvidə dinlə bağlı ən böyük problem məqsədli şəkildə dini kimliyimizin, dinimizin milli kimliyimizə Azərbaycançılığa qarşı qoyulmasıdır. Din pərdəsi altında, dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur”.

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O, bildirib ki, XIX əsrdə başlayan maarifçilik hərəkatı ilə xalqımızın milli şüurunun oyanması və  milli özünüdərk prosesinin başlaması nəticə etibarilə “millət” anlayışı ilə “ümmət” anlayışının bir-birindən fərqləndirilməsinə gətirib çıxardı.

 “Hazırda millətlə ümməti yenə də qarşı-qarşıya qoymaqda məqsəd milli dövlətçiliyimizə zərbə vurmaqdır. Dindarlığın artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini dəhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyaları müşahidə edilir. İdeoloji sahədə yaranmış bütün bu problemləri həll etməyimiz üçün necə bir gənclik, necə bir nəsil yetişdirməli olduğumuz çox önəmlidir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır