Modern.az

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

18 Noyabr 2017, 16:14

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Çelsi” onlar üçün ayrılmış biletlərin bir hissəsindən imtina edib.

Bu haqda “Qarabağ” futbol klubundan Modern.az-a məlumat verilib.

Bildirilir ki, oyuna olan böyük marağı nəzərə alan “Qarabağ” rəhbərliyi həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadı.

 

Azarkeşlər satış məntəqələrinə yaxınlaşaraq, biletləri əldə edə bilərlər.

 

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası).

Xatırladaq ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 22-də keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub