Modern.az

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

18 Noyabr 2017, 16:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

Hüseynov Tofiq Həsən oğlu

İmamverdiyev Sudeyif Bəşir oğlu.

 

Digər sərəncamda isə qeyd edilib ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin:

 

Budaqov Tahir Yaqub oğlu

Qəhrəmanova Sədaqət Məmmədyar qızı.

***

Prezident İlham Əliyev “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:

 

Hacıyev Allahverdi Şəmistan oğlu

 

Hacıyev Hacan Qulu oğlu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır