Modern.az

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

18 Noyabr 2017, 16:26

Ermənistan silahlı qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. Modern.az xəbər verir ki, o, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür. Digər əsgərlərin gözünün odunu alan Q.Gözəlikyan artıq özünün “qaydasız döyüş yarışlarına” başqa bölmələrin əsgərlərini cəlb edib.


Bu günlərdə onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb. Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q. Nersesyanın valideyinlərinə hadisə ilə bağlı heç bir məlumat verilməyib.


Xəbəri sosial şəbəkədə paylaşan ermənilərin dediyinə görə artıq bölüyün əsgərləri Qoronun əlindən təngə gəliblər və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini tələb edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...