Modern.az

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

18 Noyabr 2017, 20:02

"Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördünüz. Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kəmal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxahlıq kifayət deyil". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Rəcəb Tayyib Ərdoğanın qənaətinə görə, bu hərəkətlər ağılsız deyil, alçaq insanlar tərəfindən edilib: "Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil. Bunun izahatı verilməlidir".

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərar qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?