Modern.az

Prezident sabiq icra başçısını təltif etdi

Prezident sabiq icra başçısını təltif etdi

18 Noyabr 2017, 21:08

Bu gün – noyabrın 18-də prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvünün təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncama əsasən, “Tərəqqi” medalı ilə təltif edilənlər arasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var.

Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub.

Daha sonra 2013-cü ilədək kənd təsərrüfatı nazirnin müavini vəzifəsində çalışıb.

Aslan Aslanov hazırda YAP Siyasi Şurasının üzvüdür, işləmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi