Modern.az

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

18 Noyabr 2017, 21:22

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib.

 

Belə ki, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu,  xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.  

 

Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır