Modern.az

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

18 Noyabr 2017, 22:42

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda baş tutmuş təlimlərində “İskəndər-M” yeni ballistik raket kompleksi sınaqdan keçirilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, raket 130 kilometrdən uzaq məsafədə yerləşən obyektə Lyaur poliqonundan buraxılıb.

 

Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanının köməkçisi, polkovnik Yaroslav Roşşupkin bildirib ki, hədəf rolunu oynayan şərti terrorçu düşərgəsi məhv edilib.

 

Roşşupkinin sözlərinə görə, bu sınaq raketin daha dəqiq və düşmən tərəfindən daha çətin aşkarlanması xüsusiyyətlərini təsdiq edib.

 

Qeyd olunur ki, raket hədəfdən təxminən 10 metr yayınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır